Daxili İşlər Nazirliyi bu gün 9 aprel küçəsində nümayişçilərə qarşı
rezin güllələrdən istifadə edildiyini təkzib edir.
Bu barədə Daxili İşlər Nazirliyində keçirilən brifinqdə daxili
işlər nazirinin müavini Aleksandre Daraxvelidze məlumat verib.
“Parlamentdə səsvermə başa çatdıqdan sonra saat 20:00
radələrində Daxili İşlər Nazirliyi parlament üzvlərinin və ofis
əməkdaşlarının Çitadze küçəsindən təhlükəsiz çıxışını təmin
edib.
Parlament binası tamamilə tərk edildikdən və deputatlara fərdi
hücum riski qalmayandan sonra Nazirlik işğal olunmuş ərazilərin
mərhələli şəkildə azad edilməsi barədə qərar qəbul edib.
Aksiya iştirakçıları etirazlarını bildirmək və aksiyanı parlamentin
yaxınlığında dinc şəraitdə davam etdirmək imkanı əldə ediblər.
Nazirliyin çoxsaylı çağırışlarına baxmayaraq, bir qrup etirazçı
zorakılıqla Çitadze tərəfdən parlamentin girişinin dəmir qapısını
zədələməyə cəhd edib.
Polisin və aksiyanın digər iştirakçılarının çoxsaylı müraciətlərinə
baxmayaraq, zorakı qruplar qanunverici orqanın qapısını zədələməkdə
davam edib və icazəsiz parlamentin ərazisinə daxil olmağa cəhd
ediblər.
Polis qanuna uyğun olaraq xüsusi vasitədən - su şırnağından
istifadə edib.
Mitinq iştirakçıları Çitadze küçəsindəki qoruyucu tikinti
maneələrini sökməyə başlayıb və onların vasitəsilə parlamentin
giriş qapısını zədələməyə cəhd ediblər.
Zorakılıq hərəkətləri aydın şəkildə müəyyən olunduğundan sonra
Daxili İşlər Nazirliyi tərəfindən qanunla müəyyən edilmiş xüsusi
vasitələrdən, gözyaşardıcı qazdan və bibər qazdan istifadə
edib.
Mitinq iştirakçıları zorakılıq, müxtəlif əşya və tikililərdən,
eləcə də mənşəyi məlum olmayan gözyaşardıcı qazdan istifadə etməklə
parlament binasına soxulmağa cəhd göstərirlər.
Aksiya iştirakçıları parlament binasının həyətində polislərə hücum
edir.
Qeyd olunan zorakılıq hərəkətləri nəticəsində Daxili İşlər
Nazirliyinin Fövqəladə Halların İdarə Edilməsi Xidmətinin əməkdaşı
xəsarət alıb.
Son 2 gündə mitinq iştirakçılarının zorakılığa məruz qalması
nəticəsində Daxili İşlər Nazirliyinin 7 əməkdaşı yaralanıb.
Bundan başqa, aksiya iştirakçıları Daxili İşlər Nazirliyinin
əməkdaşlarının yerləşdiyi Xüsusi Dövlət Mühafizə Xidmətinin
binasının həyətinə müxtəlif ağır əşyalar, o cümlədən butulka və
daşlar, gözyaşardıcı qaz atırlar.
Həmçinin mitinq iştirakçılarından bir neçəsi inzibati binada
yerləşən videomüşahidə kameralarına ziyan vurub.
Çoxsaylı çağırışlara baxmayaraq, mitinq iştirakçıları hər iki
dəhlizi bağlayıblar və nəqliyyatın hərəkətini süni şəkildə iflic
edirlər”, - Daraxvelidze bildirib.
Səhiyyə Nazirliyinin məlumatına görə, mayın 1-də Parlament
yaxınlığında keçirilən etiraz aksiyası zamanı xəsarət alan 8 mülki
şəxs xəstəxanaya yerləşdirilib.
Təcili koordinasiya və təcili yardım qrupları onları müxtəlif tibb
müəssisələrinə aparıb. Onlardan biri klinikadan evə buraxılıb.
Səhiyyə Nazirliyindən verilən məlumata görə, xəsarət alanların
müxtəlif dərəcəli bədən xəsarətləri, o cümlədən üz, baş və bədənin
müxtəlif nahiyələrində yaralar, intoksikasiya və tənəffüs
yollarının ağırlaşmaları var.
“Hazırkı mərhələdə tibb müəssisəsinə yerləşdirilən xəstələrin
sağlamlıq vəziyyəti qənaətbəxşdir. Onlara müvafiq tibbi yardım
göstərilir və müşahidə altındadırlar”, - deyə Səhiyyə
Nazirliyindən bildirilib.
Agentliyin məlumatına görə, aksiyanın keçirildiyi əraziyə 20
fövqəladə koordinasiya və təcili yardım briqadası səfərbər
edilib.
“Onlarla vətəndaşa, o cümlədən bir hüquq-mühafizə
orqanının əməkdaşına yerindəcə tibbi yardım göstərilib. Ən çox baş
ağrıları və gözlərdə yanma qeydə alınıb. İctimaiyyəti
məlumatlandırmaq üçün izah edirik ki, tibb personalı bütün
vətəndaşlara lazımi tibbi xidmət göstərir. Kampaniya başlayandan
Rustaveli prospekti yaxınlığında təcili xilasetmə briqadaları əlavə
olaraq səfərbər edilib”, - Səhiyyə Nazirliyinin
məlumatında deyilir.
Rusiya qanunununa etiraz aksiyasının keçirildiyi parlament binası
yaxınlığında polis su şırnaqlarından və bibər qazından istifadə
edib. Mitinq iştirakçılarından bəziləri rezin güllələrə də tuş
gəldiyini deyir. Onların arasında “Qirçi - More Freedom”un üzvü
Tsotne Koberidze də var. Gürcüstanın Gənc Hüquqşünaslar
Assosiasiyasının məlumatına görə, polis saat 22:00-da parlamentə
bitişik ərazidə aksiya iştirakçılarına qarşı bibər qazı,
gözyaşardıcı qaz, rezin güllələr və su şırnaqlarından istifadə
etməyə başlayıb.
Bizi Teleqramda izləyin! Yeni xəbərlər anında kanalda!
Linkə daxil olub
abunə olun!
Bizi WhatsAppda izləyin! Yeni xəbərlər anında kanalda!
Linkə daxil olub
abunə olun!
Digər maraqlı xəbərlər
"Marneuli" radiosunun
Facebook səhifəsində.
Bizi
"Telegram"da
izləyin.
Şahidi olduğunuz hadisələri çəkib bizə göndərin!
+995557994415
“Gürcü Arzusu” bir daha “Rusiya qanununu” qəbul etməyi
planlaşdırır. Həmin qanun 2023-cü ilin mart ayında kütləvi
etirazlar nəticəsində geri çəkilmişdi. “Gürcü Arzusu” ötən il vəd
vermişdi ki, “Rusiya qanunu” Parlamentə qaytarmayacaqlar. Amma vədi
pozublar. “Gürcü Arzusu” qanun layihəsinin ilkin formasından yalnız
“agent” sözünü çıxarıb və onu xarici maraqların daşıyıcısı ilə əvəz
edib.
Qanuna görə, gəlirinin 20%-dən artığı xaricdən əldə olunan bütün
QHT və media təşkilatlar xarici qüvvələrin maraq daşıyıcısı hesab
olunurlar. Dövlət bu təşkilatların fəaliyyətini və məqsədlərini
araşdırmayacaq, onların hamısına xarici qüvvələrin maraq daşıyıcısı
adını verəcək.
Qanun sivil ölkələrdə olduğu kimi düşmən əhval-ruhiyyəli ölkələrdən
gələn maliyyəyə deyil, Avropa və Amerikadan gələn maliyyəyə
istiqamətlənib.
Qanunun irəli sürülməsinə görə, Avropa İttifaqı üzvləri və
Gürcüstanın dost ölkə liderləri öz təəccüblərini bildiriblər,
Rusiya Prezidentinin mətbuat katibi isə “Gürcü Arzusu”-nun qanununu
bəyənib.