Gürcüstanın Daxili İşlər Nazirliyi (DİN) etirazçıların adi mağazada
almaq mümkün olmayan gözyaşardıcı və boğucu qazı haradan əldə
etdiyini araşdıracaq.
Bu barədə DİN-in rəis müavini Aleksandr Daraxvelidze bildirib.
A.Daraxvelidze qeyd edib ki, mitinq iştirakçıları parlamentə
soxulmaq cəhdi zamanı gözyaşardıcı və boğucu qazdan istifadə
ediblər. Etirazçılar polisə məşəl, daş və butulka atıblar:
"Bu zorakı hərəkətlər nəticəsində Daxili İşlər
Nazirliyinin Fövqəladə Hallar Xidmətinin əməkdaşı xəsarət alıb. Son
iki gündə mitinq iştirakçılarının amansız hücumları nəticəsində
Daxili İşlər Nazirliyinin 7 əməkdaşı yaralanıb, onlardan biri
əməliyyat olunub və hələ də tibb müəssisəsindədir. Bundan başqa,
aksiya iştirakçıları Xüsusi Dövlət Mühafizə Xidmətinin binasında və
həyətyanı sahədə yerləşən Daxili İşlər Nazirliyinin əməkdaşlarına
müxtəlif ağır əşyalar, o cümlədən butulka və daşlar atıblar,
gözyaşardıcı qaz tətbiq ediblər. Həmçinin, ictimaiyyət mitinq
iştirakçılarından birinin inzibati binada yerləşən videomüşahidə
kamerasını necə zədələdiyini açıq şəkildə gördü”, -
A.Daraxvelidze bildirib.
O, vurğulayıb ki, hüquq-mühafizə orqanlarının əməkdaşları
etirazçılara qarşı rezin güllələrdən istifadə etməyib. Yalnız su
şırnaqları, bibər qazı və gözyaşardıcı qazdan istifadə olunub.
“Etirazçılar Gürcüstan parlamentinin binasına soxulmağa
cəhd ediblər”, - A.Daraxvelidze bildirib.
Bizi Teleqramda izləyin! Yeni xəbərlər anında kanalda!
Linkə daxil olub
abunə olun!
Bizi WhatsAppda izləyin! Yeni xəbərlər anında kanalda!
Linkə daxil olub
abunə olun!
Digər maraqlı xəbərlər
"Marneuli" radiosunun
Facebook səhifəsində.
Bizi
"Telegram"da
izləyin.
Şahidi olduğunuz hadisələri çəkib bizə göndərin!
+995557994415
“Gürcü Arzusu” bir daha “Rusiya qanununu” qəbul etməyi
planlaşdırır. Həmin qanun 2023-cü ilin mart ayında kütləvi
etirazlar nəticəsində geri çəkilmişdi. “Gürcü Arzusu” ötən il vəd
vermişdi ki, “Rusiya qanunu” Parlamentə qaytarmayacaqlar. Amma vədi
pozublar. “Gürcü Arzusu” qanun layihəsinin ilkin formasından yalnız
“agent” sözünü çıxarıb və onu xarici maraqların daşıyıcısı ilə əvəz
edib.
Qanuna görə, gəlirinin 20%-dən artığı xaricdən əldə olunan bütün
QHT və media təşkilatlar xarici qüvvələrin maraq daşıyıcısı hesab
olunurlar. Dövlət bu təşkilatların fəaliyyətini və məqsədlərini
araşdırmayacaq, onların hamısına xarici qüvvələrin maraq daşıyıcısı
adını verəcək.
Qanun sivil ölkələrdə olduğu kimi düşmən əhval-ruhiyyəli ölkələrdən
gələn maliyyəyə deyil, Avropa və Amerikadan gələn maliyyəyə
istiqamətlənib.
Qanunun irəli sürülməsinə görə, Avropa İttifaqı üzvləri və
Gürcüstanın dost ölkə liderləri öz təəccüblərini bildiriblər,
Rusiya Prezidentinin mətbuat katibi isə “Gürcü Arzusu”-nun qanununu
bəyənib.