Marneuli meriyası tərəfindən meriya və Bələdiyyə Məclisinin PR
xidməti üçün fotoaparatların alınması ilə bağlı elan edilmiş tender
baş tutmayıb.
Tenderdə heç bir namizəd iştirak etməyib. Yerli özünüidarə texnika
və müxtəlif aksessuarların alınmasına 51 000 lari xərcləməyi
planlaşdırırdı. Yeni tenderin nə zaman elan ediləcəyi və hansı
vəsait nəzərdə tutulacağı hələ ki, məlum deyil.
Dövlət Alqı-Satqı Xidmətinin
veb-səhifəsinə yüklənmiş sənədə
əsasən, meriyanın PR xidməti üçün yerli özünüidarə büdcəsində üç
ədəd fotoaparatın, fotoaaprat linzalarının, elementlərin, yaddaş
kartlarının,çanta, işıqlandırma və printerin alınması nəzərdə
tutulub.
Marneuli Bələdiyyə Məclisinin PR xidmətinə bir fotoaparat, apparat
üçün linza, elementlər, yaddaş kartları, fotoaparat üçün çanta,
işıqlandırma, mikrofon başlığı, printer alınacaq.
Vəsait 100% yerli büdcədən maliyyələşdirilir.
Bizi Teleqramda izləyin! Yeni xəbərlər anında kanalda!
Linkə daxil olub
abunə olun!
Bizi WhatsAppda izləyin! Yeni xəbərlər anında kanalda!
Linkə daxil olub
abunə olun!
Digər maraqlı xəbərlər
"Marneuli" radiosunun
Facebook səhifəsində.
Bizi
"Telegram"da
izləyin.
Şahidi olduğunuz hadisələri çəkib bizə göndərin!
+995557994415
“Gürcü Arzusu” bir daha “Rusiya qanununu” qəbul etməyi
planlaşdırır. Həmin qanun 2023-cü ilin mart ayında kütləvi
etirazlar nəticəsində geri çəkilmişdi. “Gürcü Arzusu” ötən il vəd
vermişdi ki, “Rusiya qanunu” Parlamentə qaytarmayacaqlar. Amma vədi
pozublar. “Gürcü Arzusu” qanun layihəsinin ilkin formasından yalnız
“agent” sözünü çıxarıb və onu xarici maraqların daşıyıcısı ilə əvəz
edib.
Qanuna görə, gəlirinin 20%-dən artığı xaricdən əldə olunan bütün
QHT və media təşkilatlar xarici qüvvələrin maraq daşıyıcısı hesab
olunurlar. Dövlət bu təşkilatların fəaliyyətini və məqsədlərini
araşdırmayacaq, onların hamısına xarici qüvvələrin maraq daşıyıcısı
adını verəcək.
Qanun sivil ölkələrdə olduğu kimi düşmən əhval-ruhiyyəli ölkələrdən
gələn maliyyəyə deyil, Avropa və Amerikadan gələn maliyyəyə
istiqamətlənib.
Qanunun irəli sürülməsinə görə, Avropa İttifaqı üzvləri və
Gürcüstanın dost ölkə liderləri öz təəccüblərini bildiriblər,
Rusiya Prezidentinin mətbuat katibi isə “Gürcü Arzusu”-nun qanununu
bəyənib.