Səhiyyə Nazirliyinin məlumatına görə, mayın 1-2-də keçirilən aksiya
zamanı xəsarət alan 8 nəfər xəstəxanaya yerləşdirilib.
Agentliyin məlumatına görə, Fövqəladə Halların Koordinasiyası və
Təcili Yardım Mərkəzinin əməkdaşları xəsarət alanları müxtəlif tibb
müəssisələrinə aparıb. Yaralılarda müxtəlif növ xəsarətlər var, o
cümlədən: üz, baş və bədənin müxtəlif nahiyələrində yaralar,
bəziləri isə intoksikasiya və tənəffüs yollarının ağırlaşmaları
müşahidə edilib.
Səhiyyə
Nazirliyi bildirir ki, hazırda tibb müəssisəsinə
yerləşdirilən xəstələrin sağlamlıq vəziyyəti qənaətbəxşdir. Onlara
müvafiq tibbi yardım göstərilir və müşahidə altındadırlar.
Səhiyyə Nazirliyinin məlumatına görə, aksiyanın keçirildiyi əraziyə
20 təcili koordinasiya və təcili yardım briqadası səfərbər edilib.
Onlarla vətəndaşa, o cümlədən bir hüquq-mühafizə orqanının
əməkdaşına yerindəcə tibbi yardım göstərilib. Ən çox baş ağrıları
və gözlərdə yanma qeydə alınıb.
Mayın 1-də yüz minlərlə insan Rustaveli prospektinə toplaşaraq Rus
qanunlarına etiraz ediblər. Daxili İşlər Nazirliyi polisin hadisə
yerindən tamamilə çıxarıldığını bildirib. Bir neçə aksiya
iştirakçısı 9 Aprel küçəsi tərəfdən parlamentin dəmir darvazasını
silkələyiblər.
Parlamentin həyətində olan xüsusi təyinatlılar onlara qarşı
gözyaşardıcı qaz və ehtimal olunur ki, rezin güllələrdən istifadə
ediblər. Bundan sonra Rustaveli prospekti istiqamətində bir neçə
dəfə gözyaşardıcı qaz atıblar.
Nümayişçilərdən biri Avropa İttifaqının bayrağını darvazadan asıb.
Ona bibər qazı vurulub. Tezliklə Avropa İttifaqının bayrağı
darvazadan endirildi.
Aprelin 30-dan mayın 1-nə keçən gecə Rusiya qanununa qarşı etiraz
aksiyası zamanı hakimiyyət mülki şəxslərə qarşı xüsusi
təyinatlılar, bibər qazı, gözyaşardıcı qaz və su şırnaqlarından
istifadə edib. Polis nümayişçilərə fiziki təzyiq göstərib.
Onların arasında VMH partiyasının sədri Levan Xabeişvili döyülüb.
Onun burnu və üz sümükləri sınıb, kəllə-beyin travması alıb
Daxili İşlər Nazirliyi mitinqdə xırda xuliqanlıq və polisin
tələblərinə tabe olmadığına görə, 63 nümayişçini həbs edib.
Bizi Teleqramda izləyin! Yeni xəbərlər anında kanalda!
Linkə daxil olub
abunə olun!
Bizi WhatsAppda izləyin! Yeni xəbərlər anında kanalda!
Linkə daxil olub
abunə olun!
Digər maraqlı xəbərlər
"Marneuli" radiosunun
Facebook səhifəsində.
Bizi
"Telegram"da
izləyin.
Şahidi olduğunuz hadisələri çəkib bizə göndərin!
+995557994415
“Gürcü Arzusu” bir daha “Rusiya qanununu” qəbul etməyi
planlaşdırır. Həmin qanun 2023-cü ilin mart ayında kütləvi
etirazlar nəticəsində geri çəkilmişdi. “Gürcü Arzusu” ötən il vəd
vermişdi ki, “Rusiya qanunu” Parlamentə qaytarmayacaqlar. Amma vədi
pozublar. “Gürcü Arzusu” qanun layihəsinin ilkin formasından yalnız
“agent” sözünü çıxarıb və onu xarici maraqların daşıyıcısı ilə əvəz
edib.
Qanuna görə, gəlirinin 20%-dən artığı xaricdən əldə olunan bütün
QHT və media təşkilatlar xarici qüvvələrin maraq daşıyıcısı hesab
olunurlar. Dövlət bu təşkilatların fəaliyyətini və məqsədlərini
araşdırmayacaq, onların hamısına xarici qüvvələrin maraq daşıyıcısı
adını verəcək.
Qanun sivil ölkələrdə olduğu kimi düşmən əhval-ruhiyyəli ölkələrdən
gələn maliyyəyə deyil, Avropa və Amerikadan gələn maliyyəyə
istiqamətlənib.
Qanunun irəli sürülməsinə görə, Avropa İttifaqı üzvləri və
Gürcüstanın dost ölkə liderləri öz təəccüblərini bildiriblər,
Rusiya Prezidentinin mətbuat katibi isə “Gürcü Arzusu”-nun qanununu
bəyənib.