Amerika Birləşmiş Ştatlarının Gürcüstandakı səfirliyi “rus
qanununun” ikinci oxunuşda qəbul edilməsini qınayır.
ABŞ səfirliyi tərəfindən yayımlanmış paylaşıma əsasən, Gürcüstanın
qərb trayektoriyası risk altındadır. Bu hakim partiya üzvlərinin
bəyanatları ilə də təsdiqlənir. Onlar bildirirlər ki, qanunun
məqsədi tənqidi səsləri boğmaq və Gürcüstanın rəngarəng vətəndaş
sektorunu məhv etməkdir.
ABŞ-ın Gürcüstandakı səfirliyi gürcü xalqına dəstəyini bildirib və
dinc aksiya iştirakçılarına
qarşı zorakılığı qınayır.
ABŞ-ın Gürcüstandakı səfirliyinin bəyanatını sizə təqdim
edirik:
Gürcüstanın qərb trayektoriyası risk altındadır.
Birləşmiş Ştatlar Gürcüstan Parlamentində “xarici təsir” qanun
layihəsinin Kremldən ilhamlanaraq irəli sürülməsini və hökumət
rəsmilərinin onu müdafiə etmək üçün istifadə etdikləri saxta
narrativləri qınayır. Hakim partiyanın üzvləri bu qanunun tənqidi
səsləri boğmaq və Gürcüstanın rəngarəng vətəndaş cəmiyyətini məhv
etmək məqsədi daşıdığını açıq şəkildə bildiriblər. Vətəndaş
cəmiyyəti hər hansı demokratik ölkədə hökumətə nəzarətdə böyük rol
oynayır.
Bu qanun və “Gürcü Arzusu”-nun qərbə qarşı ritorikası Gürcüstanı
təhlükəli yola çıxarır. Gürcüstan hökumətinin bəyanatları və
hərəkətləri demokatik dəyərlərə uyğun deyil və Gürcüstanın
Avroatlantikaya inteqrasiya yolunu yerə vurur. Həmin dəyərlər
Avropa İttifaqı və NATO-ya üzvlüyün əsasıdır. Gürcüstanın
iqtisadiyyatını, demokratiyasını, Rusiya təcavüzünün qarşısını
almaq imkanlarını gücləndirmək üçün 32 ildir ki, Gürcüstana xarici
dəstəyi təhrif edən bəyanatlar Gürcüstan hökuməti və gürcü xalqı
ilə qurduğumuz möhkəm əlaqələri mahiyyət etibarı ilə sarsıdır.
Biz gürcü xalqının yanındayıq və onların səsinin eşidilməsi
hüququnu dəstəkləyirik. Biz dinc nümayişçilərə, o cümlədən
nümayişləri işıqlandıran jurnalistlərə qarşı zorakılığı qınayırıq.
Dinc toplaşmaları və söz azadlığını boğmaq üçün gücdən istifadə
etmək yolverilməzdir. Biz hakimiyyəti qeyri-zorakı aksiya
iştirakçılarına ifadə azadlığı hüquqlarından istifadə etməyə davam
etmək imkanı verməyə çağırırıq.
Bizi Teleqramda izləyin! Yeni xəbərlər anında kanalda!
Linkə daxil olub
abunə olun!
Bizi WhatsAppda izləyin! Yeni xəbərlər anında kanalda!
Linkə daxil olub
abunə olun!
Digər maraqlı xəbərlər
"Marneuli" radiosunun
Facebook səhifəsində.
Bizi
"Telegram"da
izləyin.
Şahidi olduğunuz hadisələri çəkib bizə göndərin!
+995557994415
“Gürcü Arzusu” bir daha “Rusiya qanununu” qəbul etməyi
planlaşdırır. Həmin qanun 2023-cü ilin mart ayında kütləvi
etirazlar nəticəsində geri çəkilmişdi. “Gürcü Arzusu” ötən il vəd
vermişdi ki, “Rusiya qanunu” Parlamentə qaytarmayacaqlar. Amma vədi
pozublar. “Gürcü Arzusu” qanun layihəsinin ilkin formasından yalnız
“agent” sözünü çıxarıb və onu xarici maraqların daşıyıcısı ilə əvəz
edib.
Qanuna görə, gəlirinin 20%-dən artığı xaricdən əldə olunan bütün
QHT və media təşkilatlar xarici qüvvələrin maraq daşıyıcısı hesab
olunurlar. Dövlət bu təşkilatların fəaliyyətini və məqsədlərini
araşdırmayacaq, onların hamısına xarici qüvvələrin maraq daşıyıcısı
adını verəcək.
Qanun sivil ölkələrdə olduğu kimi düşmən əhval-ruhiyyəli ölkələrdən
gələn maliyyəyə deyil, Avropa və Amerikadan gələn maliyyəyə
istiqamətlənib.
Qanunun irəli sürülməsinə görə, Avropa İttifaqı üzvləri və
Gürcüstanın dost ölkə liderləri öz təəccüblərini bildiriblər,
Rusiya Prezidentinin mətbuat katibi isə “Gürcü Arzusu”-nun qanununu
bəyənib.