Daxili İşlər Nazirliyi Poniçala və Qaracalarda narkotik satışı ilə məşğul olan 7 şəxsi saxlayıb
15:34 / 17.07.2018
Daxili İşlər Nazirliyinin Cinayətkarlıqla Mübarizə Polisi
Departamentinin Narkotiklərin Qanunsuz Dövriyyəsi ilə Mübarizə Baş
İdarəsinin əməkdaşları bu ilin 13-16 iyul tarixlərində hakimin
qərarı əsasında Tbilisidə,
Poniçala qəsəbəsində və Qardabani rayonunun Qaracalar kəndində
keçirdiyi irimiqyaslı əməliyyat nəticəsində narkotik vasitələrin
qanunsuz əldə edilməsi, saxlanması və satılması ittihamı ilə 7
şəxsi saxlayıb.
Onlar tərəfindən törədilmiş cinayətlər üçün 8 ildən 20 ilə qədər və
ya ömürlük həbs cəzası nəzərdə tutulur.
İstintaq çərçivəsində hüquq mühafizə orqanlarının əməkdaşları
müxtəlif zamanlarda verilmiş məhkəmə qərarı əsasında həmin
şəxslərdən bir neçə dəfə narkotik vasitələrin alınmasını və bu
prosesin video yazısının qeydə alınmasını həyata keçirmişlər.
Saxlanılmış şəxslərin evlərinin axtarışı nəticəsində hüquq
mühafizəçiləri 18 bağlama “heroin” narkotik vasitəsi, 2 tapança, ov
tüfəngi, içində “heroin” narkotik vasitəsi olan 2 ədəd insulin
şprisi, içində “heroin” narkotik vasitəsinin çöküntüsü olan şüşə
qab, tərkibində “Buprenorfin” narkotik maddəsi olan “Suboteks”
preparatı, 10 010 lari, 26 200 ABŞ dolları və 65 000 Rusiya rublu
müsadirə ediblər.
Gürcüstan Cinayət Məcəlləsinin 260-cı maddəsinin 4-cü hissəsi, 5-ci
hissəsinin “b” və 6-cı hissəsinin “a” altbəndi ilə istintaq davam
edir. Həmin maddə qrup tərəfindən külli miqdarda narkotik vasitənin
qanunsuz əldə edilməsi-saxlanılması-satılmasını nəzərdə tutur.