Ankara-Konya istiqamətində hərəkətdə olan
sürət qatarı qəzaya uğrayıb.
"Marneuli" Radiosu “Anadolu” agentliyinə istinadən xəbər verir ki,
hadisə Yenimahalle rayonunun Marşandiz stansiyasında baş verib.
Sürət qatarının yerüstü keçidə çırpılması nəticəsində iki vaqonu
aşıb. Qəza zamanı çox sayda insanın yaralandığı bildirilib.
Qatarın qəzaya uğraması nəticəsində 4 nəfər öldüyü, 43 nəfərə yaxın
sərnişin yaralandığı deyilir. Hadisə yerinə təcili tibbi yardım və
xilasedicilər cəlb edilib.
Hadisənin dəqiq səbəbləri məlum deyil. Yaralılar yaxınlıqdakı
xəstəxanalara çatdırılıb.