Gürcüstan Maliyyə Nazirliyinin istintaq xidmətinin əməkdaşlarının
həyata keçirdikləri
əməliyyat-axtarış tədbirləri və istintaq hərəkətləri nəticəsində
Samtsxe-Cavaxeti bölgəsində saxta sənədlər hazırlama faktına görə 4
nəfəri saxlayıblar.
İstintaq xidmətinin məlumatına görə, istintaq müəyyən edib ki,
təqsirləndirilən şəxs şərikləri ilə birlikdə Gürcüstan Daxili İşlər
Nazirliyinin xidmət orqanı adından verilmiş saxta sürücülük
vəsiqəsi və sürücülük vəsiqəsinin verilməsinə dair saxta arayış
hazırlayıb 550 ABŞ dollarına satıb.
“Aparılmış istintaq hərəkətləri nəticəsində əlavə
olaraq iki saxta sürücülük vəsiqəsi və onun hazırlanması üçün
zəruri olan müxtəlif texniki avadanlıqlar götürülüb. İstintaq
Gürcüstan Cinayət Məcəlləsinin 362-ci maddəsinin cəza olaraq 3
ildən 6 ilədək müddətə azadlıqdan məhrumetməni nəzərdə tutan 2-ci
hissəsi ilə aparılır”, - məlumatda deyilir.
Bizi Teleqramda izləyin! Yeni xəbərlər anında kanalda!
Linkə daxil olub
abunə olun!
Bizi WhatsAppda izləyin! Yeni xəbərlər anında kanalda!
Linkə daxil olub
abunə olun!
Digər maraqlı xəbərlər
"Marneuli" radiosunun
Facebook səhifəsində.
Bizi
"Telegram"da
izləyin.
Şahidi olduğunuz hadisələri çəkib bizə göndərin!
+995557994415
“Gürcü Arzusu” bir daha “Rusiya qanununu” qəbul etməyi
planlaşdırır. Həmin qanun 2023-cü ilin mart ayında kütləvi
etirazlar nəticəsində geri çəkilmişdi. “Gürcü Arzusu” ötən il vəd
vermişdi ki, “Rusiya qanunu” Parlamentə qaytarmayacaqlar. Amma vədi
pozublar. “Gürcü Arzusu” qanun layihəsinin ilkin formasından yalnız
“agent” sözünü çıxarıb və onu xarici maraqların daşıyıcısı ilə əvəz
edib.
Qanuna görə, gəlirinin 20%-dən artığı xaricdən əldə olunan bütün
QHT və media təşkilatlar xarici qüvvələrin maraq daşıyıcısı hesab
olunurlar. Dövlət bu təşkilatların fəaliyyətini və məqsədlərini
araşdırmayacaq, onların hamısına xarici qüvvələrin maraq daşıyıcısı
adını verəcək.
Qanun sivil ölkələrdə olduğu kimi düşmən əhval-ruhiyyəli ölkələrdən
gələn maliyyəyə deyil, Avropa və Amerikadan gələn maliyyəyə
istiqamətlənib.
Qanunun irəli sürülməsinə görə, Avropa İttifaqı üzvləri və
Gürcüstanın dost ölkə liderləri öz təəccüblərini bildiriblər,
Rusiya Prezidentinin mətbuat katibi isə “Gürcü Arzusu”-nun qanununu
bəyənib.