“Alçaq əclaf” – Kaladze jurnalisti şifahi təhqir edib
Tbilisi meri Kaxa Kaladze “Formula”nın jurnalistini təhqir edərək onu “əclaf” adlandırıb. Jurnalist Kaladzedən DİN-in rezin güllə ilə bağlı açıqlaması ilə bağlı sual verib: “Utanmırsınız ki, sizin Daxili İşlər Nazirliyi rezin güllələrin istifadə olunmadığı haqda belə alçaqcasına yalan danışır?”, sonra isə Kaladzenin şifahi hücumu baş verib:

“Bir az tərbiyən olsun, onsuz da sən kimsən?! Nəzakəti ailənizdə öyrənməmisən? Alçaqları
öz evində axtar, alçaq əclaf”. 

Mayın 1-də yüz minlərlə insan Rustaveli prospektinə toplaşaraq Rusiya qanunlarına etiraz edib. Daxili İşlər Nazirliyi polisin hadisə yerindən tamamilə çıxarıldığını bildirib. 9 Aprel küçəsi tərəfdən onlarla insan parlamentin darvazasını silkələməyə başlayıb.

Parlamentin həyətində olan xüsusi təyinatlılar onlara qarşı gözyaşardıcı qaz, sprey və su şırnaqlarından istifadə ediblər. Və sonra Rustaveli prospektinin tərəfində bir neçə dəfə qaz buraxılıb. Mitinq iştirakçıları onlara qarşı rezin güllələrdən də istifadə olunduğunu iddia edirlər, baxmayaraq ki, Daxili İşlər Nazirliyi güllələrdən istifadəni təkzib edib.

Mənbə:
Publika

Bizi Teleqramda izləyin! Yeni xəbərlər anında kanalda! Linkə daxil olub abunə olun!
Bizi WhatsAppda izləyin! Yeni xəbərlər anında kanalda! Linkə daxil olub abunə olun!
Digər maraqlı xəbərlər "Marneuli" radiosunun Facebook səhifəsində.
Bizi "Telegram"da izləyin.
Şahidi olduğunuz hadisələri çəkib bizə göndərin! +995557994415

“Gürcü Arzusu” bir daha “Rusiya qanununu” qəbul etməyi planlaşdırır. Həmin qanun 2023-cü ilin mart ayında kütləvi etirazlar nəticəsində geri çəkilmişdi. “Gürcü Arzusu” ötən il vəd vermişdi ki, “Rusiya qanunu” Parlamentə qaytarmayacaqlar. Amma vədi pozublar. “Gürcü Arzusu” qanun layihəsinin ilkin formasından yalnız “agent” sözünü çıxarıb və onu xarici maraqların daşıyıcısı ilə əvəz edib.
Qanuna görə, gəlirinin 20%-dən artığı xaricdən əldə olunan bütün QHT və media təşkilatlar xarici qüvvələrin maraq daşıyıcısı hesab olunurlar. Dövlət bu təşkilatların fəaliyyətini və məqsədlərini araşdırmayacaq, onların hamısına xarici qüvvələrin maraq daşıyıcısı adını verəcək.
Qanun sivil ölkələrdə olduğu kimi düşmən əhval-ruhiyyəli ölkələrdən gələn maliyyəyə deyil, Avropa və Amerikadan gələn maliyyəyə istiqamətlənib.
Qanunun irəli sürülməsinə görə, Avropa İttifaqı üzvləri və Gürcüstanın dost ölkə liderləri öz təəccüblərini bildiriblər, Rusiya Prezidentinin mətbuat katibi isə “Gürcü Arzusu”-nun qanununu bəyənib.
Print ელ. ფოსტა
FaceBook Twitter Google