Asiyada əhali vaxtından əvvəl qocalır. Bizdə Gürcüstanda da oxşar
vəziyyət var.
Bu barədə hesabat Asiya İnkişaf Bankının 57-ci illik toplantısı
çərçivəsində təqdim olunub. Hesabata görə, Asiya və Sakit Okean
regionunda 60 yaşdan yuxarı vətəndaşların sayı 2050-ci ilə qədər
iki dəfə artaraq 1,2 milyarda çatacaq ki, bu da regionun ümumi
əhalisinin dörddə birini təşkil edəcək.
Əhalinin vaxtından
əvvəl qocalması pensiyalara, sosial təminat
proqramlarına və səhiyyə xidmətlərinə tələbatı əhəmiyyətli dərəcədə
artıracaq. Buna baxmayaraq, region əhalinin qocalmasının yaratdığı
çətinliklərin öhdəsindən gəlməyə hazır deyil.
Aşağı pensiya, sağlamlıq problemləri, sosial təcrid və ilkin
xidmətlərə çıxışın məhdudluğu əsas problemlər sırasındadır.
Hesabata görə, hökumətlər onları aradan qaldırmaq üçün aşağıdakı
addımları atmalıdır:
AİB-in baş iqtisadçısı Albert Park deyib: “Strategiyalar səhiyyə,
təhsil, bacarıqların əldə edilməsi və pensiya üçün maliyyə
hazırlığına sərmayə qoyuluşunu dəstəkləməlidir.
Bundan əlavə, hökumətin atacağı addımlar arasında pensiya sığortası
da var. Qərbi Avropa ilə müqayisədə Asiyada yaşlı insanlar həyat
dövrü ərzində daha uzun işləyirlər. Bundan əlavə, 65 yaşdan yuxarı
əhalinin 94%-i qeyri-formal sektorda çalışır ki, bu da onların
iqtisadi inkişafda payını azaldır.
“Hökumətlər yaxşı uyğunlaşdırılmış və əlaqələndirilmiş
siyasətlər hazırlamalı və həyata keçirməlidir. Bundan əlavə, ahıl
vətəndaşlar üçün iş yerlərinin yaradılmasında özəl sektorun mühüm
rolu var. Təqaüdçülük üçün uyğun maliyyə məhsulları ilə təmin etmək
vacibdir”, - hesabatda qeyd olunur.
Gürcüstana gəlincə, “Business Press News”un sualına cavab olaraq
hesabatın müəlliflərindən biri Aiko Kikava bildirir ki, Gürcüstan
üçün mühüm çağırış səhiyyə sektoru və xəstəliklərlə effektiv
mübarizədir. Onun sözlərinə görə, Gürcüstanın bu istiqamətdə
fəaliyyətini davam etdirməsi vacibdir.
“Gürcüstana gəlincə, bizdə konkret vəziyyət var,
proseslər demoqrafik vəziyyətə təsir edir. Ola bilsin ki, səhiyyə
daha çox təkmilləşdirməyə ehtiyac duyulan Qafqaza münasibətdə mühüm
məsələdir. Həyat boyu xroniki xəstəliklərin müalicəsi əhəmiyyətli
bir problemdir. Sağlamlıq problemləri ən vacib, tütün və spirt
istehlakı yan amillərdir", - deyə Aiko Kikava
bildirib.
“Gürcüstan pensiya yaşına çatmamış işini dayandıran şəxslərlə bağlı
hansı addımları ata bilər” sualına iqtisadçı cavab verir ki,
bununla bağlı müxtəlif proqramlar var.
“Bir çox ölkələrdə qeyd etdiyiniz kimi eyni problem
var. O ki qaldı pensiya yaşına çatmamış işi dayandırmağa, bununla
bağlı proqramlar var. Məsələn, insan bütün həyatı boyu oxuyanda bir
sahədə işə başlaya və dövr ərzində məşğulluq potensialını qoruya
bilər”, - Kikava cavab verib.
Xatırladaq ki, mayın 2-dən 5-dək Gürcüstanda Asiya İnkişaf Bankının
57-ci illik toplantısı keçiriləcək. Bu müddət ərzində müxtəlif
ölkələrin nümayəndə heyətləri və nümayəndələri ölkəyə səfər
edirlər. Görüşlər çərçivəsində müxtəlif istiqamətlərdə bir sıra
panel müzakirələrin keçirilməsi planlaşdırılır.
Bizi Teleqramda izləyin! Yeni xəbərlər anında kanalda!
Linkə daxil olub
abunə olun!
Bizi WhatsAppda izləyin! Yeni xəbərlər anında kanalda!
Linkə daxil olub
abunə olun!
Digər maraqlı xəbərlər
"Marneuli" radiosunun
Facebook səhifəsində.
Bizi
"Telegram"da
izləyin.
Şahidi olduğunuz hadisələri çəkib bizə göndərin!
+995557994415
“Gürcü Arzusu” bir daha “Rusiya qanununu” qəbul etməyi
planlaşdırır. Həmin qanun 2023-cü ilin mart ayında kütləvi
etirazlar nəticəsində geri çəkilmişdi. “Gürcü Arzusu” ötən il vəd
vermişdi ki, “Rusiya qanunu” Parlamentə qaytarmayacaqlar. Amma vədi
pozublar. “Gürcü Arzusu” qanun layihəsinin ilkin formasından yalnız
“agent” sözünü çıxarıb və onu xarici maraqların daşıyıcısı ilə əvəz
edib.
Qanuna görə, gəlirinin 20%-dən artığı xaricdən əldə olunan bütün
QHT və media təşkilatlar xarici qüvvələrin maraq daşıyıcısı hesab
olunurlar. Dövlət bu təşkilatların fəaliyyətini və məqsədlərini
araşdırmayacaq, onların hamısına xarici qüvvələrin maraq daşıyıcısı
adını verəcək.
Qanun sivil ölkələrdə olduğu kimi düşmən əhval-ruhiyyəli ölkələrdən
gələn maliyyəyə deyil, Avropa və Amerikadan gələn maliyyəyə
istiqamətlənib.
Qanunun irəli sürülməsinə görə, Avropa İttifaqı üzvləri və
Gürcüstanın dost ölkə liderləri öz təəccüblərini bildiriblər,
Rusiya Prezidentinin mətbuat katibi isə “Gürcü Arzusu”-nun qanununu
bəyənib.