Milli Statistika Xidmətinin məlumatına görə, bu ilin aprel ayında
ötən ilin müvafiq dövrü ilə müqayisədə məhsullar arasında ən çox
sarımsağın qiymətində artım qeydə alınıb.
Söhbət 110,5% qiymət artımından gedir.
“Business Press News” məhsulu haradan və hansı qiymətə aldığımızla
maraqlanıb.
Statistikaya görə, bu ilin 3 ayında ölkəyə 419,87 ton (240,9 min
ABŞ dolları) sarımsaq daxil olub ki, bu da ötən ilin müvafiq
dövrünün göstəricisindən 60,6 ton çoxdur. Ötən ilin yanvar-mart
aylarında 359,2 ton (276,6 min ABŞ dolları) məhsul idxal
edilib.
Milli Statistika Xidmətinin məlumatlarına əsasən məlum olur
ki,
idxal olunan sarımsağın 1 kiloqramının orta qiyməti bu il 57 sent,
keçən il isə (yanvar-mart) 77 sent olub.
Bu il sarımsağın idxal olunduğu ölkələrə gəlincə, əsas idxalçı
İrandır ki, ondan 266,9 ton (150,9 min ABŞ dolları) məhsul idxal
edilib, ikinci yerdə Çin - 145 ton (85,5 min ABŞ dolları) və sonra
7,9 tonla Türkiyə gəlir (400 ABŞ dolları).
Bizi Teleqramda izləyin! Yeni xəbərlər anında kanalda!
Linkə daxil olub
abunə olun!
Bizi WhatsAppda izləyin! Yeni xəbərlər anında kanalda!
Linkə daxil olub
abunə olun!
Digər maraqlı xəbərlər
"Marneuli" radiosunun
Facebook səhifəsində.
Bizi
"Telegram"da
izləyin.
Şahidi olduğunuz hadisələri çəkib bizə göndərin!
+995557994415
“Gürcü Arzusu” bir daha “Rusiya qanununu” qəbul etməyi
planlaşdırır. Həmin qanun 2023-cü ilin mart ayında kütləvi
etirazlar nəticəsində geri çəkilmişdi. “Gürcü Arzusu” ötən il vəd
vermişdi ki, “Rusiya qanunu” Parlamentə qaytarmayacaqlar. Amma vədi
pozublar. “Gürcü Arzusu” qanun layihəsinin ilkin formasından yalnız
“agent” sözünü çıxarıb və onu xarici maraqların daşıyıcısı ilə əvəz
edib.
Qanuna görə, gəlirinin 20%-dən artığı xaricdən əldə olunan bütün
QHT və media təşkilatlar xarici qüvvələrin maraq daşıyıcısı hesab
olunurlar. Dövlət bu təşkilatların fəaliyyətini və məqsədlərini
araşdırmayacaq, onların hamısına xarici qüvvələrin maraq daşıyıcısı
adını verəcək.
Qanun sivil ölkələrdə olduğu kimi düşmən əhval-ruhiyyəli ölkələrdən
gələn maliyyəyə deyil, Avropa və Amerikadan gələn maliyyəyə
istiqamətlənib.
Qanunun irəli sürülməsinə görə, Avropa İttifaqı üzvləri və
Gürcüstanın dost ölkə liderləri öz təəccüblərini bildiriblər,
Rusiya Prezidentinin mətbuat katibi isə “Gürcü Arzusu”-nun qanununu
bəyənib.