Mayın 3-4-də Parlament Sarayında sarı təhlükəsizlik səviyyəsi qüvvədə olacaq
Mayın 3-4-də Gürcüstan parlamentinin sarayında mühafizənin sarı səviyyəsi qüvvədə olacaq, Gürcüstan parlamenti xəbər verir.

“Gürcüstan parlamenti sədrinin 4 sentyabr 2023-cü il tarixli N1/259/23 “Gürcüstan Parlament Sarayında təhlükəsizlik qaydalarının təsdiq edilməsi ilə bağlı” sərəncamına uyğun olaraq, bu il mayın 3-4-də sarı səviyyə Gürcüstanın Parlament Sarayında təhlükəsizlik tədbirləri qüvvədə olacaq – ziyarətçilərin Parlament Sarayına girişi məhdudlaşdırılıb. Binaya yalnız
Gürcüstan parlamentinin üzvləri və ofisin əməkdaşları buraxılacaq.

Sözügedən tədbirin məqsədi Gürcüstan Parlament Sarayında təhlükəsiz və iş şəraitinin təmin edilməsidir”,
– məlumatda qeyd olunur.

Mənbə: Birinci Kanal

Bizi Teleqramda izləyin! Yeni xəbərlər anında kanalda! Linkə daxil olub abunə olun!
Bizi WhatsAppda izləyin! Yeni xəbərlər anında kanalda! Linkə daxil olub abunə olun!
Digər maraqlı xəbərlər "Marneuli" radiosunun Facebook səhifəsində.
Bizi "Telegram"da izləyin.
Şahidi olduğunuz hadisələri çəkib bizə göndərin! +995557994415

“Gürcü Arzusu” bir daha “Rusiya qanununu” qəbul etməyi planlaşdırır. Həmin qanun 2023-cü ilin mart ayında kütləvi etirazlar nəticəsində geri çəkilmişdi. “Gürcü Arzusu” ötən il vəd vermişdi ki, “Rusiya qanunu” Parlamentə qaytarmayacaqlar. Amma vədi pozublar. “Gürcü Arzusu” qanun layihəsinin ilkin formasından yalnız “agent” sözünü çıxarıb və onu xarici maraqların daşıyıcısı ilə əvəz edib.
Qanuna görə, gəlirinin 20%-dən artığı xaricdən əldə olunan bütün QHT və media təşkilatlar xarici qüvvələrin maraq daşıyıcısı hesab olunurlar. Dövlət bu təşkilatların fəaliyyətini və məqsədlərini araşdırmayacaq, onların hamısına xarici qüvvələrin maraq daşıyıcısı adını verəcək.
Qanun sivil ölkələrdə olduğu kimi düşmən əhval-ruhiyyəli ölkələrdən gələn maliyyəyə deyil, Avropa və Amerikadan gələn maliyyəyə istiqamətlənib.
Qanunun irəli sürülməsinə görə, Avropa İttifaqı üzvləri və Gürcüstanın dost ölkə liderləri öz təəccüblərini bildiriblər, Rusiya Prezidentinin mətbuat katibi isə “Gürcü Arzusu”-nun qanununu bəyənib.
Print ელ. ფოსტა
FaceBook Twitter Google