Gürcüstanın Baş naziri İrakli Kobaxidze ABŞ-a səfərdən imtina edib.
Belə ki, rəsmi Vaşinqton parlamentdə “Xarici agentlər” haqqında
qanun layihəsinə baxılmasını dayandırmağı tələb edib.
Bu barədə Gürcüstan Xarici İşlər Nazirliyinin bəyanatında
deyilir.
“Gürcüstanın Baş naziri ABŞ-a səfərə bir şərtlə dəvət
olunub ki, səfərdən əvvəl Gürcüstan parlamenti xarici təsirin
şəffaflığı haqqında qanun layihəsinə baxılmasını müvəqqəti
dayandırsın. Şərti səfərin həyata keçirilməsi qarşılıqlı hörmət və
etimada əsaslanmalı olan tərəfdaşlıq ruhuna uyğun gəlmir, bu barədə
ABŞ səfirinə ətraflı izahat verilib”, - deyə
məlumatda bildirilir.
Bundan əvvəl ABŞ-nin Gürcüstandakı səfiri Robin Dunniqan bildirib
ki, Gürcüstan hakimiyyəti ABŞ ilə strateji tərəfdaşlığa dair
danışıqlardan imtina edib. O, Gürcüstan hökumətinin son həftələrdə
qəbul etdiyi qərarların ölkəni Avro-Atlantik gələcəkdən
uzaqlaşdırdığından narahatlığını ifadə edib.
“Biz bu yaxınlarda Gürcüstan hökumətinin yüksək rütbəli
nümayəndələrini yüksəkvəzifəli ABŞ rəsmiləri ilə strateji
tərəfdaşlıq və ABŞ yardımı ilə bağlı hər hansı məsələləri müzakirə
etməyə dəvət etdik. Təəssüf ki, gürcü tərəfi bu dəvətdən imtina
etməyi üstün tutdu”.
Bizi Teleqramda izləyin! Yeni xəbərlər anında kanalda!
Linkə daxil olub
abunə olun!
Bizi WhatsAppda izləyin! Yeni xəbərlər anında kanalda!
Linkə daxil olub
abunə olun!
Digər maraqlı xəbərlər
"Marneuli" radiosunun
Facebook səhifəsində.
Bizi
"Telegram"da
izləyin.
Şahidi olduğunuz hadisələri çəkib bizə göndərin!
+995557994415
“Gürcü Arzusu” bir daha “Rusiya qanununu” qəbul etməyi
planlaşdırır. Həmin qanun 2023-cü ilin mart ayında kütləvi
etirazlar nəticəsində geri çəkilmişdi. “Gürcü Arzusu” ötən il vəd
vermişdi ki, “Rusiya qanunu” Parlamentə qaytarmayacaqlar. Amma vədi
pozublar. “Gürcü Arzusu” qanun layihəsinin ilkin formasından yalnız
“agent” sözünü çıxarıb və onu xarici maraqların daşıyıcısı ilə əvəz
edib.
Qanuna görə, gəlirinin 20%-dən artığı xaricdən əldə olunan bütün
QHT və media təşkilatlar xarici qüvvələrin maraq daşıyıcısı hesab
olunurlar. Dövlət bu təşkilatların fəaliyyətini və məqsədlərini
araşdırmayacaq, onların hamısına xarici qüvvələrin maraq daşıyıcısı
adını verəcək.
Qanun sivil ölkələrdə olduğu kimi düşmən əhval-ruhiyyəli ölkələrdən
gələn maliyyəyə deyil, Avropa və Amerikadan gələn maliyyəyə
istiqamətlənib.
Qanunun irəli sürülməsinə görə, Avropa İttifaqı üzvləri və
Gürcüstanın dost ölkə liderləri öz təəccüblərini bildiriblər,
Rusiya Prezidentinin mətbuat katibi isə “Gürcü Arzusu”-nun qanununu
bəyənib.