Gürcüstan hökuməti ABŞ ilə strateji tərəfdaşlıqla bağlı
danışıqlardan imtina edib.
Bu barədə ABŞ-nin Gürcüstandakı səfiri Robin Danniqanın bəyanatında
bildirilib.
Qeyd olunub ki, səfirlik bu yaxınlarda Gürcüstan hökumətinin ali
səviyyəli üzvlərini ABŞ-ın ən yüksək səviyyəli liderləri ilə
strateji tərəfdaşlıqla və ABŞ-ın yardımları ilə bağlı istənilən
narahatlıqları birbaşa müzakirə etməyə dəvət edib.
“Təəssüf ki, Gürcüstan tərəfi bu dəvəti qəbul etməməyi
seçdi”, – səfirin bəyanatında bildirilib.
Səfir Gürcüstan hökumətinin son həftələrdə ölkəni Avro-Atlantik
gələcəyindən uzaqlaşdıran seçimlər etdiyini qeyd edib.
“Təəssüf ki, hakim partiya Avropa İttifaqının
Gürcüstanın Aİ istəkləri ilə bir araya sığmadığını açıq şəkildə
bəyan etdiyi qanun layihəsini irəli aparmaqda qətiyyətli görünür.
Bundan başqa hakim partiyada bəziləri Gürcüstanın suverenliyinin ən
böyük dəstəkçiləri olan ABŞ və Aİ-yə hücum etməyi
seçiblər”, - Deqnan qeyd edib.
Diplomat Gürcüstan hökumətini ölkəni Konstitusiyada qeyd edilmiş
Avro-Atlantik kursuna geri qaytarmağa çağırıb.
Bizi Teleqramda izləyin! Yeni xəbərlər anında kanalda!
Linkə daxil olub
abunə olun!
Bizi WhatsAppda izləyin! Yeni xəbərlər anında kanalda!
Linkə daxil olub
abunə olun!
Digər maraqlı xəbərlər
"Marneuli" radiosunun
Facebook səhifəsində.
Bizi
"Telegram"da
izləyin.
Şahidi olduğunuz hadisələri çəkib bizə göndərin!
+995557994415
“Gürcü Arzusu” bir daha “Rusiya qanununu” qəbul etməyi
planlaşdırır. Həmin qanun 2023-cü ilin mart ayında kütləvi
etirazlar nəticəsində geri çəkilmişdi. “Gürcü Arzusu” ötən il vəd
vermişdi ki, “Rusiya qanunu” Parlamentə qaytarmayacaqlar. Amma vədi
pozublar. “Gürcü Arzusu” qanun layihəsinin ilkin formasından yalnız
“agent” sözünü çıxarıb və onu xarici maraqların daşıyıcısı ilə əvəz
edib.
Qanuna görə, gəlirinin 20%-dən artığı xaricdən əldə olunan bütün
QHT və media təşkilatlar xarici qüvvələrin maraq daşıyıcısı hesab
olunurlar. Dövlət bu təşkilatların fəaliyyətini və məqsədlərini
araşdırmayacaq, onların hamısına xarici qüvvələrin maraq daşıyıcısı
adını verəcək.
Qanun sivil ölkələrdə olduğu kimi düşmən əhval-ruhiyyəli ölkələrdən
gələn maliyyəyə deyil, Avropa və Amerikadan gələn maliyyəyə
istiqamətlənib.
Qanunun irəli sürülməsinə görə, Avropa İttifaqı üzvləri və
Gürcüstanın dost ölkə liderləri öz təəccüblərini bildiriblər,
Rusiya Prezidentinin mətbuat katibi isə “Gürcü Arzusu”-nun qanununu
bəyənib.