Bu qanuna hörmətli etmək mümkün deyil, vetoda nə yazıldığını iki həftədən sonra görəcəksiniz - Msxiladze

Prezidentin parlament katibi Qiorqi Msxiladze deyib ki, prezidentin "rus qanunu"na veto qoyması texniki və hüquqi baxımdan düzgün olacaq, lakin konkret nə yazıldığını, ictimaiyyət 2 həftədən sonra görəcək.

O, həmçinin qeyd edib ki, prezident veto qoyarkən Venesiya Komissiyasının rəyini nəzərə alır.

“Bu qanuna hörmət etmək olmaz. Sözügedən qanunun heç bir şəkildə dəyişdirilməsi sadəcə olaraq mümkün deyil. İki
həftə sonra vetoda dəqiq nə yazıldığını görəcəksiniz. Bu, texniki və hüquqi cəhətdən əsaslandırılmış veto olacaq. Biz sözügedən qanunun maddə-maddə [müzakirəsi] və qanunun hər hansı formada [müzakirəsi]nə girmək fikrində deyilik. Bu haqda danışmağa ehtiyac yoxdur. Etiraf edirik ki, ümumiyyətlə, vetolarımızda Venesiya Komissiyasının gəldiyi nəticəni nəzərə alırıq.

Bu qanun ölkədə o qədər mübahisələrə, o qədər qütbləşməyə səbəb oldu ki, bu qanunun indiki formada qüvvəyə minməsi mümkünsüz oldu. Bu qanunun indiki formada mövcud olmaq imkanı yoxdur”,
- deyə o bildirib.
Mənbə: Publika

Bizi Teleqramda izləyin! Yeni xəbərlər anında kanalda! Linkə daxil olub abunə olun!
Bizi WhatsAppda izləyin! Yeni xəbərlər anında kanalda! Linkə daxil olub abunə olun!
Digər maraqlı xəbərlər "Marneuli" radiosunun Facebook səhifəsində.
Bizi "Telegram"da izləyin.
Şahidi olduğunuz hadisələri çəkib bizə göndərin! +995557994415

“Gürcü Arzusu” bir daha “Rusiya qanununu” qəbul etməyi planlaşdırır. Həmin qanun 2023-cü ilin mart ayında kütləvi etirazlar nəticəsində geri çəkilmişdi. “Gürcü Arzusu” ötən il vəd vermişdi ki, “Rusiya qanunu” Parlamentə qaytarmayacaqlar. Amma vədi pozublar. “Gürcü Arzusu” qanun layihəsinin ilkin formasından yalnız “agent” sözünü çıxarıb və onu xarici maraqların daşıyıcısı ilə əvəz edib.
Qanuna görə, gəlirinin 20%-dən artığı xaricdən əldə olunan bütün QHT və media təşkilatlar xarici qüvvələrin maraq daşıyıcısı hesab olunurlar. Dövlət bu təşkilatların fəaliyyətini və məqsədlərini araşdırmayacaq, onların hamısına xarici qüvvələrin maraq daşıyıcısı adını verəcək.
Qanun sivil ölkələrdə olduğu kimi düşmən əhval-ruhiyyəli ölkələrdən gələn maliyyəyə deyil, Avropa və Amerikadan gələn maliyyəyə istiqamətlənib.
Qanunun irəli sürülməsinə görə, Avropa İttifaqı üzvləri və Gürcüstanın dost ölkə liderləri öz təəccüblərini bildiriblər, Rusiya Prezidentinin mətbuat katibi isə “Gürcü Arzusu”-nun qanununu bəyənib.

 

Print ელ. ფოსტა
თეგები: Prezident Rus qanunu Veto
FaceBook Twitter Google