Marneuli Bələdiyyə Məclisi üç torpaq sahəsinin 15 illik istifadəyə verilməsini dəstəkləyib

Marneuli Bələdiyyə Məclisi bu gün, 1 may tarixində üç vətəndaşa, təmənnasız, 15 il müddətinə qeyri-kənd təsərrüfatı torpaq sahəsi verib.

Marneuli Bələdiyyə məclisinin qərarı ilə bir vətəndaşa torpaq sahəsi Tsereteli kəndində, iki vətəndaşa isə Keşəli kəndində verilib.

“Marneuli bələdiyyənin Tsereteli kəndində yerləşən 83.04.14.121 kadastr kodlu, 300 kv.m qeyri-kənd təsərrüfatı torpaq sahəsinə 15 il müddətinə icarə hüququnun,birbaşa istifadə qaydası ilə
Davit Şubitidzeyə verilməsini tələb edirlər”
– məsələnin məruzəçisi Qivi Qiorqadze bildirir.

Marneuli Bələdiyyə Məclisi iclasında Tsereteli kəndində 300 kv.m torpaq sahəsinin 15 illik icarəyə verilməsi ilə bağlı əlavə açıqlama verilməyib. Bələdiyyə Məclisi məsələ ilə bağlı müsbət qərar qəbul edib.

Marneuli Bələdiyyə Məclisində eləcə də Keşəli kəndində 30-30 kv.m torpaq sahəsinin istifadəyə verilməsi ilə əlaqədar müsbət qərar qəbul edilib. Torpaq sahələri 15 il müddətinə Eldəniz Yusubov və Qələm Qələndərova verilib.

“Qeyd olunan iki sahədə suvarma suyu nasos stansiyası, suvarma suyu üçün nasos yerləşir və əhalinin maneəsiz su alması üçün istəyirik ki, müqavilə davam etsin” – Marneuli meriyasının Əmlak İdarəsi və Maddi-Texniki Xidmət rəhbəri Aqil Əmircanov bildirib.

Marneuli Bələdiyyə Məclisinin sədri Amiran Qiorqadze bildirib ki, Keşəli kəndində torpaq sahələrinin istifadəyə verilməsinin yeganə məqsədi kənd əhalisinin suvarma suyu ilə təmin edilməsidir.


Bizi Teleqramda izləyin! Yeni xəbərlər anında kanalda! Linkə daxil olub abunə olun!
Bizi WhatsAppda izləyin! Yeni xəbərlər anında kanalda! Linkə daxil olub abunə olun!
Digər maraqlı xəbərlər "Marneuli" radiosunun Facebook səhifəsində.
Bizi "Telegram"da izləyin.
Şahidi olduğunuz hadisələri çəkib bizə göndərin! +995557994415

“Gürcü Arzusu” bir daha “Rusiya qanununu” qəbul etməyi planlaşdırır. Həmin qanun 2023-cü ilin mart ayında kütləvi etirazlar nəticəsində geri çəkilmişdi. “Gürcü Arzusu” ötən il vəd vermişdi ki, “Rusiya qanunu” Parlamentə qaytarmayacaqlar. Amma vədi pozublar. “Gürcü Arzusu” qanun layihəsinin ilkin formasından yalnız “agent” sözünü çıxarıb və onu xarici maraqların daşıyıcısı ilə əvəz edib.
Qanuna görə, gəlirinin 20%-dən artığı xaricdən əldə olunan bütün QHT və media təşkilatlar xarici qüvvələrin maraq daşıyıcısı hesab olunurlar. Dövlət bu təşkilatların fəaliyyətini və məqsədlərini araşdırmayacaq, onların hamısına xarici qüvvələrin maraq daşıyıcısı adını verəcək.
Qanun sivil ölkələrdə olduğu kimi düşmən əhval-ruhiyyəli ölkələrdən gələn maliyyəyə deyil, Avropa və Amerikadan gələn maliyyəyə istiqamətlənib.
Qanunun irəli sürülməsinə görə, Avropa İttifaqı üzvləri və Gürcüstanın dost ölkə liderləri öz təəccüblərini bildiriblər, Rusiya Prezidentinin mətbuat katibi isə “Gürcü Arzusu”-nun qanununu bəyənib.

 

Print ელ. ფოსტა
FaceBook Twitter Google