“WhatsApp”da xəta: İstifadəçilərə messenceri silmək tövsiyə olunur
“WhatsApp” messencerinin Androiddə ən son versiyasında xoşagəlməz səhv aşkar edilib. Buna görə istifadəçilər çatlarda çəkdikləri videoları göndərə bilmirlər.

Bununla bağlı şirkətin mütəxəssisləri danışıb.

“Məsələ ilə bağlı öyrəndikdən sonra biz yoxladıq və eyni problemlə qarşılaşdıq. Son 24 saat ərzində video faylları düzgün göndərilmədi. Açılan sadəvə bir bildiriş görünür: “Bu video göndərilə bilməz. Zəhmət olmasa, başqa video seçin
və yenidən cəhd edin". Təəssüf ki, bu səhv davam edir”,
- deyə şirkət sözçüsü bildirib.

Maraqlıdır ki, problem yalnız smartfonda çəkilmiş videolara təsir edir, digər videolar isə problemsiz göndərilir. Bəzən isə “Instagram”dan endirilmiş videonu göndərmək istəyərkən də yarana bilər. Bununla belə, videonun sənəd kimi (sıxılmadan) göndərilməsinin eyni problemə gətirib çıxaracağı hələlik məlum deyil.

Ehtimal olunur ki, səhv “WhatsApp”ın Androiddə 2.24.9.34 versiyasına yenilənməsi ilə ortaya çıxıb. Tərtibatçılar yeniləmə buraxana qədər yeganə müvəqqəti həll messengerin ən son versiyasını silmək və əvvəlki 2.24.8.85 versiyasını quraşdırmaqdır.

Mənbə: On

Bizi Teleqramda izləyin! Yeni xəbərlər anında kanalda! Linkə daxil olub abunə olun!
Bizi WhatsAppda izləyin! Yeni xəbərlər anında kanalda! Linkə daxil olub abunə olun!
Digər maraqlı xəbərlər "Marneuli" radiosunun Facebook səhifəsində.
Bizi "Telegram"da izləyin.
Şahidi olduğunuz hadisələri çəkib bizə göndərin! +995557994415

“Gürcü Arzusu” bir daha “Rusiya qanununu” qəbul etməyi planlaşdırır. Həmin qanun 2023-cü ilin mart ayında kütləvi etirazlar nəticəsində geri çəkilmişdi. “Gürcü Arzusu” ötən il vəd vermişdi ki, “Rusiya qanunu” Parlamentə qaytarmayacaqlar. Amma vədi pozublar. “Gürcü Arzusu” qanun layihəsinin ilkin formasından yalnız “agent” sözünü çıxarıb və onu xarici maraqların daşıyıcısı ilə əvəz edib.
Qanuna görə, gəlirinin 20%-dən artığı xaricdən əldə olunan bütün QHT və media təşkilatlar xarici qüvvələrin maraq daşıyıcısı hesab olunurlar. Dövlət bu təşkilatların fəaliyyətini və məqsədlərini araşdırmayacaq, onların hamısına xarici qüvvələrin maraq daşıyıcısı adını verəcək.
Qanun sivil ölkələrdə olduğu kimi düşmən əhval-ruhiyyəli ölkələrdən gələn maliyyəyə deyil, Avropa və Amerikadan gələn maliyyəyə istiqamətlənib.
Qanunun irəli sürülməsinə görə, Avropa İttifaqı üzvləri və Gürcüstanın dost ölkə liderləri öz təəccüblərini bildiriblər, Rusiya Prezidentinin mətbuat katibi isə “Gürcü Arzusu”-nun qanununu bəyənib.
Print ელ. ფოსტა
FaceBook Twitter Google