Şabalıd təzyiqi normallaşdırır, infarktı aradan qaldırılmasına kömək edir
Şabalıd bolluca lif, mineral, faydalı yağ turşuları, vitamin, qidalandırıcı və antioksidant maddələrlə zəngindir.

Şabalıdın faydalarını sizə təqdim edirik:

– Şabalıd liflə zəngin olduğu üçün diabetin qarşısının alınmasında çox təsirlidir. Həmçinin, qan şəkərinin daha yavaş yüksəlməsini təmin edir.

– Tərkibində olan C vitamini və digər antioksidantlar immunitetin gücləndirilməsi üçün mükəmməldir. C vitamini ağ qan hüceyrələrinin yaranmasını dəstəkləməsindən
əlavə, bədəndəki sərbəst radikalların təsirsiz hala gətirilməsində də önəmli rol oynayır. Bu da immunitet sisteminin güclənməsinə və xəstəliklərin qarşısının alınmasına yardımçı olur.

– Sümüklərdə mineralların səviyyəsini artırır. Kalsium mənbəyidir.

– Tərkibində bol miqdarda olan lif bağırsaqların fəaliyyətini yaxşılaşdırır. Bu liflər, həmçinin, yediyimiz qidaların bədən tərəfindən yaxşı əmilməsini təmin edir.

– Beyin funksiyalarını yaxşılaşdırır. Tərkibindəki B qrup vitaminləri, nevroloji inkişaf və funksiyalarla birbaşa bağlıdır. Onda olan potasium beyinə qan axımını artırır, sinir sisteminin sağlığını qoruyur, yaddaşı gücləndirir.

– Antioksidant xüsusiyyəti sayəsində xərçənglə nəticələnə biləcək hüceyrə mutasiyalarının qarşısını alır.

– Potasium sayəsində bədəndə su axımını tənzimləyərək təzyiqi normallaşdırır və infarktı aradan qaldırır.

– Tərkibində olan faydalı yağ turşuları da xolesterolu normallaşdırmağa kömək edir, qan laxtalanmasının yaranma ehtimalını azaldır.

- Şabalıd varikoz xəstəliyi olan insanlara çox böyük kömək edir. Şabalıd damarların divarlarını möhkəmləndirir, onları daha elastik edir. Adətən bu xüsusiyyət daha çox cır şabalıda aid edilir. Məhz bu səbəbdən cır şabalıdın əsasında varikoz xəstəliyi zamanı istifadə olunan və çox yaxşı müalicəvi effekt verən müxtəlif kremlər, qellər, həblər buraxılır. Şabalıdın qabıqları, yarpaqları, toxumları, şabalıd ağacının qabığı müalicəvi məqsədi ilə istifadə olunur.

- Şabalıd müəyyən miqdarda A, C və E vitamini ehtiva edir. A vitamini infeksiyalara qarşı qoruyucu xüsusiyyətə malikdir, vitamin C və E isə antioksidant xüsusiyyətləri sayəsində immunetiti gücləndirir. Bu vitaminlər orqanizmi qripə qarşı qoruyur, hüceyrələrin qocalmasının qarşısını alır.


Mənbə: Saglamolun.Az

Bizi Teleqramda izləyin! Yeni xəbərlər anında kanalda! Linkə daxil olub abunə olun!
Bizi WhatsAppda izləyin! Yeni xəbərlər anında kanalda! Linkə daxil olub abunə olun!
Digər maraqlı xəbərlər "Marneuli" radiosunun Facebook səhifəsində.
Bizi "Telegram"da izləyin.
Şahidi olduğunuz hadisələri çəkib bizə göndərin! +995557994415

“Gürcü Arzusu” bir daha “Rusiya qanununu” qəbul etməyi planlaşdırır. Həmin qanun 2023-cü ilin mart ayında kütləvi etirazlar nəticəsində geri çəkilmişdi. “Gürcü Arzusu” ötən il vəd vermişdi ki, “Rusiya qanunu” Parlamentə qaytarmayacaqlar. Amma vədi pozublar. “Gürcü Arzusu” qanun layihəsinin ilkin formasından yalnız “agent” sözünü çıxarıb və onu xarici maraqların daşıyıcısı ilə əvəz edib.
Qanuna görə, gəlirinin 20%-dən artığı xaricdən əldə olunan bütün QHT və media təşkilatlar xarici qüvvələrin maraq daşıyıcısı hesab olunurlar. Dövlət bu təşkilatların fəaliyyətini və məqsədlərini araşdırmayacaq, onların hamısına xarici qüvvələrin maraq daşıyıcısı adını verəcək.
Qanun sivil ölkələrdə olduğu kimi düşmən əhval-ruhiyyəli ölkələrdən gələn maliyyəyə deyil, Avropa və Amerikadan gələn maliyyəyə istiqamətlənib.
Qanunun irəli sürülməsinə görə, Avropa İttifaqı üzvləri və Gürcüstanın dost ölkə liderləri öz təəccüblərini bildiriblər, Rusiya Prezidentinin mətbuat katibi isə “Gürcü Arzusu”-nun qanununu bəyənib.
Print ელ. ფოსტა
FaceBook Twitter Google