Sərhəd polisi Gürcüstan-Azərbaycan dövlət sərhədi yaxınlığında külli miqdarda heroin müsadirə edib
13:05 / 06.08.2018
Daxili İşlər Nazirliyinin sərhəd polisi əməkdaşları operativ
məlumat əsasında keçirdiyi əməliyyat-axtarış tədbirləri nəticəsində
Gürcüstan-Azərbaycan dövlət sərhədi – “Vaxtanqisi”
sərhəd-keçid məntəqəsi yaxınlığında 1990-cı ildə anadan olmuş
Gürcüstan vətəndaşı, əvvəllər dəfələrlə məhkum olmuş və hal-hazırda
şərti məhkumluqda olan R.M.-nı saxlayıblar. O, dövlət sərhədini
qanunsuz keçməkdə və külli miqdarda narkotik vasitəni qanunsuz
olaraq Gürcüstana gətirməkdə ittiham olunur. Həmin cinayət üçün
15-ildən 20 ilədək və ya ömürlük azadlıqdan məhrumetmə cəzası
nəzərdə tutulur.
Hüquq mühafizə orqanlarının əməkdaşları saxlanılan şəxsin üzərinin
axtarışı nəticəsində külli miqdarda – 3.5 kiloqram narkotik vasitə
müsadirə ediblər ki, buradan da 1 kq 119 qr heroin, 1 kq 935 qr
Metamfetamin olub.
Cinayət Məcəlləsinin Gürcüstan dövlət sərhədini qanunsuz keçmək,
külli miqdarda narkotik vasitəni qanunsuz olaraq Gürcüstana
gətirmək və külli miqdarda narkotik vasitənin əldə
olunması-saxlanılmasını nəzərdə tutan 344-cü maddəsinin 1-ci
hissəsi, 262-ci maddəsinin 4-cü hissəsinin “a” bəndi və 260-cı
maddəsinin 6-cı hissəsinin “a” bəndi üzrə istintaq aparılır.