Bu il mayın 28-dən Gürcüstan vətəndaşları üçün Çinə vizasız
gediş-gəliş tətbiq olunacaq.
Məlumatı Xarici İşlər Nazirliyi yayıb.
KİV-in məlumatına görə, Gürcüstan xarici işlər nazirinin müavini
Aleksandre Xvtisiaşvili Çin Xalq Respublikasının Gürcüstandakı
səfiri Çoi Tsien ilə görüşüb və o, Gürcüstan tərəfinə rəsmi nota
təqdim edib. 2024-cü il aprelin 10-da Gürcüstan Hökuməti və Çin
Xalq Respublikası Hökuməti arasında
adi pasport sahibləri üçün Viza
Tələblərindən Qarşılıqlı Azadetmə haqqında Sazişin qüvvəyə minməsi
üçün Prosedurlar imzalanmışdır.
Nəticədə, Gürcüstan vətəndaşlarına 28 may 2024-cü il tarixindən
etibarən Çin Xalq Respublikasına vizasız getmək və ardıcıl 30 gün
ərzində ölkədə qalmağa icazə verilir.
“Gürcüstan və Çin arasında tətbiq edilən vizasız rejim
iki ölkə arasında ötən il qurulan strateji tərəfdaşlığın növbəti
ifadəsidir və əməkdaşlığın daha bir mühüm real nəticəsidir. Görüşdə
tərəflər Gürcüstan və Çin arasında ikitərəfli və çoxtərəfli
münasibətlərin gündəliyinin cari məsələlərini, o cümlədən siyasi,
iqtisadi, turizm və mədəni-humanitar istiqamətlərdə əməkdaşlığın
inkişaf etdirilməsi imkanlarını müzakirə ediblər.
Ötən il iki ölkə arasında qurulan strateji tərəfdaşlıq nəticəsində
yaranmış yeni imkanlardan tam istifadənin vacibliyi vurğulanıb.
Qeyd edək ki, vizasız rejimin mövcudluğu iki dost xalqın və xalqın
yaxınlaşmasına, qarşılıqlı faydalı əməkdaşlığın daha da inkişafına,
insanlar arasında əlaqələrin dərinləşməsinə, turizm, mədəni və
ticarət-iqtisadi əlaqələrə böyük töhvə verəcək”, -
Gürcüstan Xarici İşlər Nazirliyi bildirib.
Çin vətəndaşları üçün vizasız rejim Gürcüstan tərəfindən 2023-cü il
sentyabrın 11-dən tətbiq edilir.
Bizi Teleqramda izləyin! Yeni xəbərlər anında kanalda!
Linkə daxil olub
abunə olun!
Bizi WhatsAppda izləyin! Yeni xəbərlər anında kanalda!
Linkə daxil olub
abunə olun!
Digər maraqlı xəbərlər
"Marneuli" radiosunun
Facebook səhifəsində.
Bizi
"Telegram"da
izləyin.
Şahidi olduğunuz hadisələri çəkib bizə göndərin!
+995557994415
“Gürcü Arzusu” bir daha “Rusiya qanununu” qəbul etməyi
planlaşdırır. Həmin qanun 2023-cü ilin mart ayında kütləvi
etirazlar nəticəsində geri çəkilmişdi. “Gürcü Arzusu” ötən il vəd
vermişdi ki, “Rusiya qanunu” Parlamentə qaytarmayacaqlar. Amma vədi
pozublar. “Gürcü Arzusu” qanun layihəsinin ilkin formasından yalnız
“agent” sözünü çıxarıb və onu xarici maraqların daşıyıcısı ilə əvəz
edib.
Qanuna görə, gəlirinin 20%-dən artığı xaricdən əldə olunan bütün
QHT və media təşkilatlar xarici qüvvələrin maraq daşıyıcısı hesab
olunurlar. Dövlət bu təşkilatların fəaliyyətini və məqsədlərini
araşdırmayacaq, onların hamısına xarici qüvvələrin maraq daşıyıcısı
adını verəcək.
Qanun sivil ölkələrdə olduğu kimi düşmən əhval-ruhiyyəli ölkələrdən
gələn maliyyəyə deyil, Avropa və Amerikadan gələn maliyyəyə
istiqamətlənib.
Qanunun irəli sürülməsinə görə, Avropa İttifaqı üzvləri və
Gürcüstanın dost ölkə liderləri öz təəccüblərini bildiriblər,
Rusiya Prezidentinin mətbuat katibi isə “Gürcü Arzusu”-nun qanununu
bəyənib.