Dəqiqləşdirilmiş məlumata görə, Gürcüstanda bu gün baş verən
zəlzələ 3 bal gücündə olub.
Yerin Öyrənilməsi Elmləri İnstitutu və Seysmik Monitorinq Mərkəzi
veb səhifəsinə zəlzələ haqqında dəqiqləşdirilmiş məlumat
yerləşdirib.
Həmin məlumata görə, bu gün saat 15:13-də zəlzələ olub.
Zəlzələnin episentri Norio kəndi, gücü isə 3 bal olub.
İlk olaraq zəlzələnin episentrinin Kvişiani kəndi, gücünün isə 3.2
bal olması barədə məlumat yayılmışdı.
17 sentyabr tarixində də Gürcüstanda 2.6 bal gücündə zəlzələ
olmuşdu. Həmin vaxt zəlzələnin episentri Tbilisi, İsani Samqori
rayonunun Kiçik Lilo kədnində qeydə alınmışdı.