Bu gün, 20 sentyabrtada Temur abazovun işinin müzakirəsinin birinci
iclası keçirilib.
Məhkəmə iclasında tərəflər giriş üçün çıxış ediblər. Bu gün
sübutlar müzakirə olunmayıb.
Temur Abazovun vəkili Qaqi Mosiaşvilİ "Marneuli" Radiosuna bildirib
ki, Abazovun işi yalnız və yalnız işlə maraqlanan, zərərçəkmiş
olaraq tanınmış şəxsin ifadəsinə bağlıdır. O, həmçinin, qeyd edib
ki, işlə bağlı onlarla şahid dindirilməlidir
və onların ifadəsindən
Abazovun ittihamı fiziki olaraq sübut olunmayacaq.
“Mən ümid edirəm ki, obyektiv müzakirə halında, işin
müzakirəsi prosesində şahidlərin dindirilməsi və eləcə də
sübutların öyrənilməsi zamanı məhkəmə və eləcə də müşahidə edən
obyektiv cəmiyyət Temurun günahsız olduğuna əmin
olacaq” – deyir Qaqi Mosişvili.
Abazovun işi ilə bağlı növbəti məhkəmə iclası 9 oktyabrdaa baş
tutacaq.
Temur Abazova qarşı cinayət işi Gürcüstanın cinayət məcəlləsinin
144.3-cü maddəsinin 2-ci hissəsinin “a” bəndi və 25, 157.1
maddəsinin birinci və ikinci hissələri ilə qaldırılıb.
A.Allahverdiyev, A. Süleymanov və E.Quliyevə qarşı isə Gürcüstan
CM-nin 126-cı maddəsinin 1.1-ci hissəsinin “b” aşağı bəndi ilə
qaldırılıb.