Telavidə David Leqaşvilinin azad olunması tələbi ilə azərbaycanlılara qarşı aksiya
13:29 / 24.09.2018
Gecə saatlarında təqribən 40 dəqiqə ərzində Axmeta-Telavi
mərkəzi avtomobil yolu Vardisubani kənd sakinləri tərəfindən
bağlanıb.Aksiyanın 300-ə qədər iştirakçısı polis tərəfindən
saxlanılmış soydaşları David Leqaşvilinin azad olunmasını tələb
edib. Aksiya iştirakçıları azərbaycanlılara qarşı olan
əhval-ruhiyyələri ilə seçilirdilər.
Vardisubani və Qaracalar kəndinin sakinləri arasında qarşıdurma 23
sentyabrda səhər, həftə bazarının ətraf ərazisində baş verib.
Qaracalar kəndində yaşayan Namiq İlyasovun dediyinə görə, onun
qohumuna Vardisubani sakini David Leqaşvili hücum edib və o,
silahlı imiş. Leqaşvili ilə birgə bir neçə nəfər yenə var imiş.
“Mal bazarına girdik, satmaq üçün mal-qara aparmışdım. Yeznəm isə
qoyun aparmışdı. Gördüm ki, yeznəmə hücum etdilər. Əllərində
“dubinka” var idi və vururdular. Birinin hətta pistoleti də var
idi. Mən gedənə kimi artıq ağız-burununu dağıtmışdılar. Dəmir
“dubinkanı” əllərindən aldım. Ondan əl çəkib mənim üstümə hücuma
keçdilər. Təqribən on nəfər idilər. Pistoletləri var idi
atəş açdılar və kişini yaraladılar. 5-6 nəfər məni döyürdü. 14
yaşlı uşağı da döydülər. Qabırğam sınıb. Əsasən Vardisubanidən
idilər. Keçən həftə də mübahisə düşmüşdü. İndi isə
pistoletlə gəlmişdilər. Əgər qanun varsa, ədaləti tələb edirik. Bu
gün bizi döyürlərsə sabah başqasını döyəcəklər” – deyir
jurnalistlərə zərərçəkmiş Namiq İlyasov.
Telavi bələdiyyə məclisində Qaracalar kəndinin majoritar deputatı
Zurab Musayevin sözlərinə görə, bu günkü qarşıdurma bir həftə əvvəl
baş verənin hadisənin davamıdır: “Adamın belə şəkildə döyülməsi
yolverilməzdir və ümumiyyətlə bu zorakılıqdır”.
Vardisubani sakinlərinin məlumatına görə, qarşıdurmaya Qaracalar
sakinləri səbəb olublar və gürcülərə birinci onlar hücum
ediblər.
“Bizim dostumuzun övladı atasına aid olan yerdə kərpic istehsal
edirdi. Mal-qaranı gətirib xarab ediblər. Oğlan bir dəfə
xəbərdarlıq edib, ikinci dəfə xəbərdarlıq edib və üçüncü dəfə
gələndə mübahisə düşdü. Çünki mal-qaranı yenə onlara aid olan yerə
gətiriblər. Keçən dəfə oğlanın başına vurublar. Bu məsələ ilə bağlı
öz aramızda barışdırmaq istəyirdik. Səhər gedib danışmalı idi.
Onlar hücuma keçdilər və mübahisə başladı. Bazar kəndə yaxındır.
Vardisubani sakinləri orada idilər və mübahisə düşdüyünü görüblər,
kömək ediblər. Əgər bizi döysələr heç nə olmaz, əgər nəisə etsələr
reaksiya göstərsək və ya nəisə desək qaçırlar və şikayət edirlər.
Ən sonda bu yolu bağlayacağıq və heç kimi buraxmayacağıq” – qeyd
edib Vardisubani sakini Zurab Mosaxlişvili.
Təcili tibbi yardım briqadaları qarşıdurma nəticəsində zərər çəkmiş
4 nəfəri Telavi Referal xəstəxanasına yerləşdiriblər. Dörd nəfər də
Qaracalar sakinidir. Onlardan birinin boyun nahiyəsində odlu
silahdan zərər dəyib. Tibbi yardım göstərildikdən sonra xəstələr öz
istəkləri ilə xəstəxanadan çıxıblar.
DİN 41 yaşlı David Leqaşvilini qəsdən sağlamlığa zərər
vurma ittihamı ilə həbs edib. DİN-in məlumatına görə,
Leqaşvili qarşıdurma zamanı 32 yaşlı kişini pistoletdən atəş açaraq
yaralayıb və hadisə yerindən qaçaraq gizlənib. İstintaq CM-nin
118-ci maddəsi ilə gedir. Cəza 3 ilə qədər azadlıqdan məhrum
edilməni nəzərdə tutur.
Həbs olunan şəxsin azad olunması tələbi ilə Vardisubani sakinləri
axşam etiraz aksiyası keçiriblər. Onlar polisə Leqaşvilini azad
etmək üçün 19:00-a kimi vaxt veriblər. Vaxt başa çatdıqdan sonra
isə Axmeta-Telavi yolunu, Qaracaların döngəsinə yaxın ərazini
bağlayıblar. Demək olar ki, 2 saat ərzində “Socar”ın benzin
doldurma dayanacağı dayandırılıb.
Aksiya iştirakçıları jurnalistlərlə əməkdaşlıq etməyiblər və
müsahibəni yalnız birinci kanalın qrupuna veriblər. Həmin qrupun
operatoru isə onların öz kəndlisidir. Vardisubani sakinləri
“Rustavi 2”-ni günahlandırırdılar ki, baş verən hadisəni
azərbaycanlıların xeyrinə işıqlandırıblar.
Aksiya iştirakçıları
polisin rəhbər şəxslərinin qarşısında etnik azərbaycanlıların
ünvanına ədəbsiz sözlərlər söyürdülər və ksenofobiya bəyanatları
edirdilər: “Müsəlmanlar artıq başımızda oturublar”, “tatarları
qovaq”, “Gürcüstan gürcülərindir”, “yolu bağlayaq və ümumiyyətlə
buraxmayaq”, “Tatarları kənddən bayıra buraxmayaq”
və.s.
Yol təqribən 40 dəqiqə ərzində bağlı olub və yalnız Vardisubaniyə
Kaceti polis departamentinin direktoru Şota Canuğvadze getdikdən
sonra yolu açıblar. Aksiya iştirakçılarına deyiblər ki,
prokurorluğun və məhkəmənin qərarını gözləsinlər. Saxlanılan David
Leqaşvili 24 sentyabrda ittiham olunmalıdır və 25 sentyabrda isə
məhkəmə ön tədbir olaraq müzakirə aparacaq.
Şota Canuğvadze Vardisubanidə baş tutan aksiya iştirakçılarının
yanında etnik azərbaycanlılara qarşı nifrət dili daşıyan bəyanatlar
edib və bu haqda "Reginfo" ətraflı olaraq məlumat verib.