Qumar və gəlirli oyunların reklamı qadağan oluna bilər
Qumar və gəlirli oyunların reklamı qadağan oluna və 10 000 larilik cərimənin əsası ola bilər.
İPN-nin məlumatına görə, müvafiq qanunvericilik dəyişikliklər paketi hazırdır və o, müzakirə üçün parlamentə yaxın günlərdə göndəriləcək.

Bir neçə qanunda planlaşdırılmış dəyişikliklərə əsasən qumar və gəlirli oyunların reklamının dini, uşaq, tədris və tibbi müəssisələrdə və idman təşkilatlarında, eləcə də onlardan 100 metr radiusda yayımlanması qadağan olunur.

Eləcə də qumar və gəlirli oyunların reklamının sponsorlardan əlavə, televiziya, radio, internet və başqa kommunikasiya vasitələrində yayımlanması da qadağan olunacaq. Sponsor olan halda isə qumar və gəlirli oyunların rekalmının yayımlanması zamanı yalnız oyunların təşkilatçısı istehsalçı subyektin adlandırılması və əmlak işarəsi/loqotipinin yayımlanması yolveriləndir. Qumar və gəlirli oyunlarının reklamının qadağan olunması həvəsləndirici oyunların reklamına aid deyil.

Qanunlayihə ilə müəyyən edilib ki, qumar və gəlirli oyunların reklamının yayımlanması qaydasının pozulması reklam yerləşdirənin hər reklam üçün 10 000 lari dəyərində cərimələnməsinə səbəb olacaq. Beləliklə, cərimə səbəbinin aradan qaldırılmaması halında müvafiq cərimənin miqdarı hər ay iki qat olacaq.

Qeyd olunan işlərlə bağlı inzibati xətalar protokolunu Maliyyə Nazirliyinin müvafiq orqanları tərtib edəcək.

Qanunverici dəyişikliklərin müəllifi və təşəbbüskarı deputatlardır: Levan Qoqiçaişvili, İrakli Beraia, İrakli Abuseridze, Qoqa Qulordava, Bidzina Qeqidze və Tsodne Zurabiani.

Print ელ. ფოსტა
თეგები: Oyun Qumar Xəbər
FaceBook Twitter Google