Qumar və gəlirli oyunların reklamı qadağan oluna və 10 000 larilik
cərimənin əsası ola bilər.
İPN-nin məlumatına görə, müvafiq qanunvericilik dəyişikliklər
paketi hazırdır və o, müzakirə üçün parlamentə yaxın günlərdə
göndəriləcək.
Bir neçə qanunda planlaşdırılmış dəyişikliklərə əsasən qumar və
gəlirli oyunların reklamının dini, uşaq, tədris və tibbi
müəssisələrdə və idman təşkilatlarında, eləcə də onlardan 100
metr
radiusda yayımlanması qadağan olunur.
Eləcə də qumar və gəlirli oyunların reklamının sponsorlardan əlavə,
televiziya, radio, internet və başqa kommunikasiya vasitələrində
yayımlanması da qadağan olunacaq. Sponsor olan halda isə qumar və
gəlirli oyunların rekalmının yayımlanması zamanı yalnız oyunların
təşkilatçısı istehsalçı subyektin adlandırılması və əmlak
işarəsi/loqotipinin yayımlanması yolveriləndir. Qumar və gəlirli
oyunlarının reklamının qadağan olunması həvəsləndirici oyunların
reklamına aid deyil.
Qanunlayihə ilə müəyyən edilib ki, qumar və gəlirli oyunların
reklamının yayımlanması qaydasının pozulması reklam yerləşdirənin
hər reklam üçün 10 000 lari dəyərində cərimələnməsinə səbəb olacaq.
Beləliklə, cərimə səbəbinin aradan qaldırılmaması halında müvafiq
cərimənin miqdarı hər ay iki qat olacaq.
Qeyd olunan işlərlə bağlı inzibati xətalar protokolunu Maliyyə
Nazirliyinin müvafiq orqanları tərtib edəcək.
Qanunverici dəyişikliklərin müəllifi və təşəbbüskarı deputatlardır:
Levan Qoqiçaişvili, İrakli Beraia, İrakli Abuseridze, Qoqa
Qulordava, Bidzina Qeqidze və Tsodne Zurabiani.