Qardabanidə DİN qəsb etməyə görə iki nəfər saxlayıb
Daxili İşlər Nazirliyi Qardabanidə qrup şəklində törədilmiş qəsb etmə ittihamı ilə 2 nəfəri saxlayıb.
DİN-in Kvemo Kartli Polis Departamentinin Qardabani rayon idarəçiliyinin əməkdaşları aparılan əməliyyat nəticəsində 1993-cü il təvəllüdlü C.M. və 1999-cu il təvəllüdlü R.M.-nı qrup şəklində törədilmiş qəsb etmə ittihamı ilə saxlayıb.

Cinayət 4-dən 7 ilə qədər azadlıqdan məhrum edilməni nəzərdə tutur. İstintaq müəyyən edib
ki, saxlanılanlar Qardabani rayonunda yaşayan vətəndaşlar, 1981-ci il təvəllüdlü A.X-nın mobil telefonun zəng vururlarmış və şəxsi həyatını əks etdirən kadrların yayımlanması və öldürülməsi hədəsi ilə məbləğ ödəməsini tələb edirlərmiş.

Hüquq mühafizəçiləri C.M-nı məbləği verən zaman R.M.-nı isə hakimin qərarı əsasında saxlayıblar.

İstintaq qrup şəklində törədilmiş qəsb etmə faktına dair Gürcüstan CM-nin 181-ci maddəsinin 2-ci hissəsinin "a" alt bəndi ilə gedir.

Mənbə: police.ge
Print ელ. ფოსტა
FaceBook Twitter Google