Batumi hava limanında polis 11 kiloqramdan çox marixuana müsadirə edib, xarici ölkə vətəndaşı saxlanılıb

Daxili İşlər Nazirliyinin Mərkəzi Kriminal Polis İdarəsi və Maliyyə Nazirliyinin

Gəlirlər Xidmətinin Gömrük İdarəsinin əməkdaşları birgə həyata keçirdikləri tədbirlər və əməliyyat-istintaq tədbirləri nəticəsində xarici ölkə vətəndaşı, 1985-ci ildə anadan olmuş N.D.-ni Batumi Beynəlxalq Hava Limanında saxlayıblar.

Nazirlikdən verilən məlumata görə, saxlanılan şəxs xüsusilə külli miqdarda marixuananın qanunsuz əldə edilməsi, saxlanması və daşınması və xüsusilə külli miqdarda narkotik
vasitənin Gürcüstan ərazisinə qanunsuz gətirilməsi maddələri ilə ittiham olunur.

“Cinayətlər 15 ildən 20 ilədək və ya ömürlük həbslə cəzalandırılır.

İstintaq müəyyən edib ki, N.D. narkotik vasitəni Cənubi Afrika Respublikasından Gürcüstana gətirib.

Hüquq-mühafizə orqanlarının əməkdaşları tərəfindən Batumi Beynəlxalq Hava Limanında təqsirləndirilən şəxsin baqajının yoxlanılması nəticəsində sərnişin çantasında əvvəllər düzəldilmiş gizləndiyi yerdən 11 kilo 200 qram narkotik vasitə olan “Marixuana” götürülüb.

İstintaq Gürcüstan Cinayət Məcəlləsinin 262-ci maddəsinin 4-cü hissəsinin “A” yarımbəndi və 273-cü maddəsinin 6-cı hissəsi ilə aparılır”, - məlumatda qeyd olunur.


Mənbə: Birinci Kanal

 

Print ელ. ფოსტა
FaceBook Twitter Google