Prokurorluğun məlumatına görə, Dövlət Təhlükəsizliyi Xidmətinin
keçmiş rəis müavini Soso Qoqaşviliyə
qarşı dövlət sirrini qəsdən yayma və şəxsi həyatı pozma maddələri
ilə yeni ittiham irəli sürülüb.
Prokurorluğun məlumatına görə, istintaq əlavə olaraq müəyyən edib
ki, Qoqaşvilinin qanunsuz olaraq işdən götürdüyü və evdə saxladığı
şəxsi məlumatlara çıxışı olub. Qoqaşvili məlumatın bir hissəsini
başqa şəxsə verib. Prokurorluğun məlumatına
görə, bu, dövlət
sirrinin qəsdən yayılmasıdır.
İstintaq həmçinin müəyyən edib ki, təqsirləndirilən şəxs qanunsuz
olaraq bir sıra şəxslərin şəxsi həyatının sirlərini əks etdirən
videomateriallar əldə edib, qanunsuz olaraq elektron cihazlarında
saxlayıb.
Prokurorluğun məlumatına görə, Qoqaşvili həmçinin vəzifə
səlahiyyətlərini aşmaqda, şəxsi məlumatlara müdaxilədə, qanunsuz
olaraq odlu silah və döyüş sursatlarının əldə edilməsində və
saxlanmasında ittiham olunur.