Ozurqetidə qəza nəticəsində bir piyada həlak olub
Ozurqetidə piyadanın ölümü ilə nəticələnən yol qəzası baş verib.

Yerli KİV-in “Quria TV”yə istinadən verdiyi məlumata görə, ölən 70 yaşlarında qadındır.

Daxili İşlər Nazirliyindən verilən məlumata görə, hadisə ilə bağlı Gürcüstan Cinayət
Məcəlləsinin insan tələfatına səbəb olan yol hərəkəti təhlükəsizliyi və ya istismar qaydalarının pozulmasını nəzərdə tutan 276-cı maddəsinin 6-cı hissəsi ilə istintaq başlayıb.

Cəza dörd ildən yeddi ilədək həbsi nəzərdə tutur.

Mənbə: Netgazeti

Print ელ. ფოსტა
თეგები: Daxili İşlər Nazirliyi Ozurqeti
FaceBook Twitter Google