Vaxtanq Kikabidzenin iştirak etdiyi məşhur filmlərin siyahısı
12:34 / 17.01.2023
Tanınmış gürcü incəsənət xadimi Vaxtanq (Buba) Kikabidze yanvarın
19-da dəfn olunacaq. Müğənni, kinoaktyor, rejissor, ssenarist,
Gürcüstanın xalq artisti Vaxtanq (Buba) Kikabidze 84 yaşında vəfat
edib.
Vaxtanq Konstantinoviç Kikabidze 1938-ci ilin 19 iyulunda Tbilisi
şəhərində anadan olub. 1961-ci ildə Tbilisi Xarici Dillər
İnstitutuna daxil olub və paralel olaraq aktyorluq və müğənnilik
karyerasını davam etdirib. Onun kinodakı ilk debütü 1966-cı ildə
"Dağlarda görüş" filmindən başlayır. Aktyor bir sıra kinolarda
çəkilsə də, ona əsl şöhrəti 1977-ci ildə Georgi Daneliyanın
"Mimino" filmindəki baş rolu gətirib. Bu filmə görə o, SSRİ Dövlət
Mükafatına layiq görülüb.
Vaxtanq Kikabidze həmçinin populyar estrada müğənnisi kimi də
şöhrət tapıb.
O, 2023-cü il yanvarın 15-də Tbilisi xəstəxanasında, 85 yaşında
beyin şişindən vəfat edib. 17 yanvar tarixində vida və vətəndaş
anım mərasimi keçiriləcək. O, Tbilisidəki Mtatsminda Panteon
qəbiristanlığında dəfn olunacaq.