13 aprel tarixində, təxminən 11:00 radələrində Marneulinin Görarxı
kəndində yol-nəqliyyat hadisəsi baş verib.
Hadisə zamanı "Pajero" markalı avtomobillə "Ford" markalı avtomobil
toqquşub.
Hadisə şahidinin "Marneuli" radiosuna verdiyi məlumata
görə, qəza nəticəsində "Pajero" markalı avtomobilə böyük ziyan
dəyib.
Hadisə zamanı xəsarət alan olmayıb. "Marneuli" radiosu qəzanın
səbəblərini Daxili İşlər Nazirliyindən araşdırır. Məlumat
yenilənəcək.