Qırxılı kəndində orta yaşlı kişi meyiti tapılıb. Ölən şəxsin orta
yaşlı kişi olduğu bildirilir.
Məlumata görə, öldürülən şəxs taksi sürücüsü olub və cinayətkarlar
onu öldürdükdən sonra cəsədi Qırxılı kəndində basdırıblar.
Daxili İşlər Nazirliyindən “Marneuli” radiosuna verilən məlumata
görə, istintaq Gürcüstan Cinayət Məcəlləsinin 109-cu maddəsi ilə
aparılır. Həmin maddə qəsdən adam öldürməni nəzərdə tutur.
Törədilən cinayətə
görə, 16-ı ildən 20 ilə qədər həps cəzası
nəzərdə tululur.
“Marneuli” radiosu xəbər verir ki, qətli törədən iki nəfər həbs
edilib. Daxili İşlər Nazirliyi bir nəfər təqsirləndirilən şəxsin
həbsini təsdiqləyir.
"Marneuli" radiosu