Fevralda Gürcüstana ən çox pul köçürmələri Rusiyadan daxil olub

Milli Bankın məlumatına və statistikasına əsasən, ən çox pul köçürmələri 2024-cü ilin fevral ayında Rusiya Federasiyasından daxil olub.


Yanvar ayında da belə idi.

Fevralda ölkəyə pul köçürmələrinin həcmi 272,3 milyon ABŞ dolları, 723,2 milyon lari təşkil edib ki, bu da 2023-cü ilin eyni dövrünün göstəricisindən 26,9% azdır.

Gürcüstanda pul köçürmələrinin ölkələr üzrə qəbul edilən siyahısında Rusiyadan sonra İtaliya, ABŞ, İsrail, Yunanıstan və Almaniya gəlir.

2024-cü ilin fevral ayında Gürcüstandan xaricə 29,3 milyon ABŞ dolları göndərilib.

Mənbə: Publika

 

Print ელ. ფოსტა
FaceBook Twitter Google