Gürcüstan Azərbaycandan şüşə və şüşə qabların tədarükünə çəkdiyi xərci 4 dəfə artırıb
Bu ilin I rübündə Gürcüstan Azərbaycandan 466 min ABŞ dolları dəyərində şüşə və şüşə qablar idxal edib.

Gürcüstanın Milli Statistika İdarəsinin məlumatları əsasında apardığı hesablamalara əsasən, bu, ötən ilin eyni dövrünün göstəricisindən 4 dəfə çoxdur.

Hesabat dövründə Gürcüstan xarici ölkələrdən 32 milyon ABŞ dolları dəyərində şüşə və şüşə qablar alıb ki, bu da bir
il əvvəlki göstəricidən 2,4 % azdır.

3 ay ərzində Gürcüstan Rusiyadan 12,9 milyon ABŞ dolları dəyərində, Türkiyədən 4,6 milyon ABŞ dolları dəyərində, Ermənistandan 3,9 milyon ABŞ dolları dəyərində, İrandan 3 milyon ABŞ dolları dəyərində, Çindən 2,9 milyon ABŞ dolları dəyərində məhsul idxal edib.

Xatırladaq ki, 2023-cü ildə Gürcüstan xaricdən 148 milyon ABŞ dolları dəyərində şüşə və şüşə qablar alıb ki, bunun da 1 milyon ABŞ dolları Azərbaycanın payına düşüb.

Mənbə: report.az

Bizi Teleqramda izləyin! Yeni xəbərlər anında kanalda! Linkə daxil olub abunə olun!
Bizi WhatsAppda izləyin! Yeni xəbərlər anında kanalda! Linkə daxil olub abunə olun!
Digər maraqlı xəbərlər "Marneuli" radiosunun Facebook səhifəsində.
Bizi "Telegram"da izləyin.
Şahidi olduğunuz hadisələri çəkib bizə göndərin! +995557994415

“Gürcü Arzusu” bir daha “Rusiya qanununu” qəbul etməyi planlaşdırır. Həmin qanun 2023-cü ilin mart ayında kütləvi etirazlar nəticəsində geri çəkilmişdi. “Gürcü Arzusu” ötən il vəd vermişdi ki, “Rusiya qanunu” Parlamentə qaytarmayacaqlar. Amma vədi pozublar. “Gürcü Arzusu” qanun layihəsinin ilkin formasından yalnız “agent” sözünü çıxarıb və onu xarici maraqların daşıyıcısı ilə əvəz edib.
Qanuna görə, gəlirinin 20%-dən artığı xaricdən əldə olunan bütün QHT və media təşkilatlar xarici qüvvələrin maraq daşıyıcısı hesab olunurlar. Dövlət bu təşkilatların fəaliyyətini və məqsədlərini araşdırmayacaq, onların hamısına xarici qüvvələrin maraq daşıyıcısı adını verəcək.
Qanun sivil ölkələrdə olduğu kimi düşmən əhval-ruhiyyəli ölkələrdən gələn maliyyəyə deyil, Avropa və Amerikadan gələn maliyyəyə istiqamətlənib.
Qanunun irəli sürülməsinə görə, Avropa İttifaqı üzvləri və Gürcüstanın dost ölkə liderləri öz təəccüblərini bildiriblər, Rusiya Prezidentinin mətbuat katibi isə “Gürcü Arzusu”-nun qanununu bəyənib.
Print ელ. ფოსტა
FaceBook Twitter Google