Gürcüstan Parlamenti əlavə təhlükəsizlik tədbirləri ilə bağlı
bəyanat yayır.
Parlamentdə qeyd edildiyi üzrə, aprelin 29-da Gürcüstan Parlament
Sarayında sarı təhlükəsizlik səviyyəsi qüvvədə olacaq.
“Gürcüstan Parlament Sarayında təhlükəsizliyin
müdafiəsi qaydasının təsdiq edilməsi haqqında” Gürcüstan
Parlamentinin sədrinin 4 sentyabr 2023-cü il tarixli N1/259/23
əmrinə uyğun olaraq, cari ilin aprelin 29-da Gürcüstan Parlament
Sarayında sarı təhlükəsizlik səviyyəsi qüvvədə olacaq-
ziyarətçilərin Parlament Sarayına girişi məhdudlaşdırılır.
Planlaşdırılan parlament tədbirlərinə (o cümlədən komitə
iclaslarına) yalnız müvafiq struktur vahidlərinin dəvət etdiyi
şəxslər buraxılacaq.
Parlamentin tədbirləri (komitələrin iclasları) başa çatana qədər
hər bir yayımçıdan televiziya yayımçılarının/telemedia
vasitələrinin akkreditə olunmuş ikidən çox olmayan qrupu binaya
buraxılacaq.
Sözügedən tədbirin məqsədi Gürcüstan Parlament Sarayında iş və
təhlükəsiz mühitin təmin edilməsidir” - Gürcüstan
Parlamentinin bəyanatında deyilir.
Bu gün parlamentin Hüquq komitəsi “Xarici təsirin şəffaflığı
haqqında” qanun layihəsini ikinci oxunuşda müzakirəyə
çıxaracaq.
Bununla əlaqədar deputatların və parlament əməkdaşlarının
təhlükəsizliyini qorumaq üçün binaya giriş məhdudlaşdırılacaq.
Məhdudiyyət akkreditə olunmuş jurnalistlərə şamil edilməyəcək. Bir
media qurumundan maksimum iki qrup parlamentə daxil ola
biləcək.
Qeyd edək ki, “Xarici təsirin şəffaflığı haqqında” qanun layihəsi
parlamentdə aprelin 17-də birinci oxunuşda 83 səslə qəbul
edilib.
Xatırladaq ki, aprelin 16-da da eyni məsələ ilə bağlı Gürcüstan
parlamentində xüsusi təhlükəsizlik rejimi tətbiq edilmişdi.
Bizi Teleqramda izləyin! Yeni xəbərlər anında kanalda!
Linkə daxil olub
abunə olun!
Bizi WhatsAppda izləyin! Yeni xəbərlər anında kanalda!
Linkə daxil olub
abunə olun!
Digər maraqlı xəbərlər
"Marneuli" radiosunun
Facebook səhifəsində.
Bizi
"Telegram"da
izləyin.
Şahidi olduğunuz hadisələri çəkib bizə göndərin!
+995557994415
“Gürcü Arzusu” bir daha “Rusiya qanununu” qəbul etməyi
planlaşdırır. Həmin qanun 2023-cü ilin mart ayında kütləvi
etirazlar nəticəsində geri çəkilmişdi. “Gürcü Arzusu” ötən il vəd
vermişdi ki, “Rusiya qanunu” Parlamentə qaytarmayacaqlar. Amma vədi
pozublar. “Gürcü Arzusu” qanun layihəsinin ilkin formasından yalnız
“agent” sözünü çıxarıb və onu xarici maraqların daşıyıcısı ilə əvəz
edib.
Qanuna görə, gəlirinin 20%-dən artığı xaricdən əldə olunan bütün
QHT və media təşkilatlar xarici qüvvələrin maraq daşıyıcısı hesab
olunurlar. Dövlət bu təşkilatların fəaliyyətini və məqsədlərini
araşdırmayacaq, onların hamısına xarici qüvvələrin maraq daşıyıcısı
adını verəcək.
Qanun sivil ölkələrdə olduğu kimi düşmən əhval-ruhiyyəli ölkələrdən
gələn maliyyəyə deyil, Avropa və Amerikadan gələn maliyyəyə
istiqamətlənib.
Qanunun irəli sürülməsinə görə, Avropa İttifaqı üzvləri və
Gürcüstanın dost ölkə liderləri öz təəccüblərini bildiriblər,
Rusiya Prezidentinin mətbuat katibi isə “Gürcü Arzusu”-nun qanununu
bəyənib.