Səhiyyə Nazirliyi: Aksiya zamanı xəsarət alan 8 nəfər xəstəxanaya yerləşdirilib
Səhiyyə Nazirliyinin məlumatına görə, mayın 1-2-də keçirilən aksiya zamanı xəsarət alan 8 nəfər xəstəxanaya yerləşdirilib.

Agentliyin məlumatına görə, Fövqəladə Halların Koordinasiyası və Təcili Yardım Mərkəzinin əməkdaşları xəsarət alanları müxtəlif tibb müəssisələrinə aparıb. Yaralılarda müxtəlif növ xəsarətlər var, o cümlədən: üz, baş və bədənin müxtəlif nahiyələrində yaralar, bəziləri isə intoksikasiya və tənəffüs yollarının ağırlaşmaları müşahidə edilib.

Səhiyyə
Nazirliyi bildirir ki, hazırda tibb müəssisəsinə yerləşdirilən xəstələrin sağlamlıq vəziyyəti qənaətbəxşdir. Onlara müvafiq tibbi yardım göstərilir və müşahidə altındadırlar.

Səhiyyə Nazirliyinin məlumatına görə, aksiyanın keçirildiyi əraziyə 20 təcili koordinasiya və təcili yardım briqadası səfərbər edilib. Onlarla vətəndaşa, o cümlədən bir hüquq-mühafizə orqanının əməkdaşına yerindəcə tibbi yardım göstərilib. Ən çox baş ağrıları və gözlərdə yanma qeydə alınıb.

Mayın 1-də yüz minlərlə insan Rustaveli prospektinə toplaşaraq Rus qanunlarına etiraz ediblər. Daxili İşlər Nazirliyi polisin hadisə yerindən tamamilə çıxarıldığını bildirib. Bir neçə aksiya iştirakçısı 9 Aprel küçəsi tərəfdən parlamentin dəmir darvazasını silkələyiblər.

Parlamentin həyətində olan xüsusi təyinatlılar onlara qarşı gözyaşardıcı qaz və ehtimal olunur ki, rezin güllələrdən istifadə ediblər. Bundan sonra Rustaveli prospekti istiqamətində bir neçə dəfə gözyaşardıcı qaz atıblar.

Nümayişçilərdən biri Avropa İttifaqının bayrağını darvazadan asıb. Ona bibər qazı vurulub. Tezliklə Avropa İttifaqının bayrağı darvazadan endirildi.

Aprelin 30-dan mayın 1-nə keçən gecə Rusiya qanununa qarşı etiraz aksiyası zamanı hakimiyyət mülki şəxslərə qarşı xüsusi təyinatlılar, bibər qazı, gözyaşardıcı qaz və su şırnaqlarından istifadə edib. Polis nümayişçilərə fiziki təzyiq göstərib.

Onların arasında VMH partiyasının sədri Levan Xabeişvili döyülüb. Onun burnu və üz sümükləri sınıb, kəllə-beyin travması alıb

Daxili İşlər Nazirliyi mitinqdə xırda xuliqanlıq və polisin tələblərinə tabe olmadığına görə, 63 nümayişçini həbs edib.

Mənbə: Publika

Bizi Teleqramda izləyin! Yeni xəbərlər anında kanalda! Linkə daxil olub abunə olun!
Bizi WhatsAppda izləyin! Yeni xəbərlər anında kanalda! Linkə daxil olub abunə olun!
Digər maraqlı xəbərlər "Marneuli" radiosunun Facebook səhifəsində.
Bizi "Telegram"da izləyin.
Şahidi olduğunuz hadisələri çəkib bizə göndərin! +995557994415

“Gürcü Arzusu” bir daha “Rusiya qanununu” qəbul etməyi planlaşdırır. Həmin qanun 2023-cü ilin mart ayında kütləvi etirazlar nəticəsində geri çəkilmişdi. “Gürcü Arzusu” ötən il vəd vermişdi ki, “Rusiya qanunu” Parlamentə qaytarmayacaqlar. Amma vədi pozublar. “Gürcü Arzusu” qanun layihəsinin ilkin formasından yalnız “agent” sözünü çıxarıb və onu xarici maraqların daşıyıcısı ilə əvəz edib.
Qanuna görə, gəlirinin 20%-dən artığı xaricdən əldə olunan bütün QHT və media təşkilatlar xarici qüvvələrin maraq daşıyıcısı hesab olunurlar. Dövlət bu təşkilatların fəaliyyətini və məqsədlərini araşdırmayacaq, onların hamısına xarici qüvvələrin maraq daşıyıcısı adını verəcək.
Qanun sivil ölkələrdə olduğu kimi düşmən əhval-ruhiyyəli ölkələrdən gələn maliyyəyə deyil, Avropa və Amerikadan gələn maliyyəyə istiqamətlənib.
Qanunun irəli sürülməsinə görə, Avropa İttifaqı üzvləri və Gürcüstanın dost ölkə liderləri öz təəccüblərini bildiriblər, Rusiya Prezidentinin mətbuat katibi isə “Gürcü Arzusu”-nun qanununu bəyənib.
Print ელ. ფოსტა
FaceBook Twitter Google