Marneuli Televiziyasının yeni sahibi var
25 ildən sonra Marneuli Televiziyasına yeni insanlar rəhbərlik edəcəklər. Televiziyanın sahibinin dəyişməsi haqqında məlumat ictimai mənbələrlə təsdiqlənib, yenilənmiş uyğunluq bəyannaməsi Milli Kommunikasiya Komissiyasının veb-səhifəsində yerləşdirilib və Marneuli TV ilə Marneuli meriyası arasında bağlanmış müqavilədə də dəyişiklik edilib.

Marneuli televiziyasının yeni sahibi Zaza Babluani, televiziyanın direktoru isə Zviad Keçakmadzedir.

Zaza Babluani və Zviad Keçakmadze “Marneuli” radiosuna bildirirlər ki, televiziyanın
inkişaf planı və baxışları üzərinə işləyirlər. Onlar bildirirlər ki, yaxın gələcəkdə ictimaiyyətə Marneuli televiziyasının tamaşaçılarına təklif edəcəyi yeniliklər haqqında məlumat verəcəklər.

Televiziyanın sahibi 25 il ərzində Şalva Şubladze idi. Şalva Şubladze “Marneuli” radiosu ilə söhbəti zamanı bildirir ki, onun həyatında dəyişiklik etməyin vaxtı gəlib və məhz buna görə, Marneuli televiziyasını başqasına verməyə qərar verib.

“Açıq deyəcəyəm, Stalin deyiləm ki, 25 ildir Marneulidəyəm və hər şeyin öz zamanı var. Mən başqa, daha geniş “aviasiyaya” keçirəm. Hər şeyin öz məqamı var, uzun müddət eyni yerdə olmamalısan, hələ ki, təsisçi olaraq. Həyatını dəyişməlisən, bu çox təbii və məntiqli qərardır. Yeni yeniliklər lazımdır – mən bir az yaşa dolmuşam, gənclərə yol verməliyik ki, hər şey öz axarında olsun”, – Şalva Şubladze bildirir.

Marneuli televiziyasının keçmiş sahibi bildirir ki, televiziyanın başqasına verilməsi haqqında çox düşünüb və bu qərar onun həmkarları üçün gözlənilməz olmayıb. O, bildirir ki, Marneuli Televiziyasını yaxşı rəhbərə təhvil verib və o, televiziyanın yaxşı işləməsini təmin edəcək.

Televiziyanın veb-səhifəsində yer alan məlumata görə, Marneuli Televiziya 2006-cı ilin 1 iyun tarixində, “Marneuli TV” Məhdud Məsuliyyətli Cəmiyyəti kimi təsis edilib. Televiziya MMC kimi qeydiyyatdan keçənədək də Marneulidə fəaliyyət göstərib və teleşirkətə 25 il ərzində Şalva Şubladze rəhbərlik edib.


Bizi Teleqramda izləyin! Yeni xəbərlər anında kanalda! Linkə daxil olub abunə olun!
Bizi WhatsAppda izləyin! Yeni xəbərlər anında kanalda! Linkə daxil olub abunə olun!
Digər maraqlı xəbərlər "Marneuli" radiosunun Facebook səhifəsində.
Bizi "Telegram"da izləyin.
Şahidi olduğunuz hadisələri çəkib bizə göndərin! +995557994415

“Gürcü Arzusu” bir daha “Rusiya qanununu” qəbul etməyi planlaşdırır. Həmin qanun 2023-cü ilin mart ayında kütləvi etirazlar nəticəsində geri çəkilmişdi. “Gürcü Arzusu” ötən il vəd vermişdi ki, “Rusiya qanunu” Parlamentə qaytarmayacaqlar. Amma vədi pozublar. “Gürcü Arzusu” qanun layihəsinin ilkin formasından yalnız “agent” sözünü çıxarıb və onu xarici maraqların daşıyıcısı ilə əvəz edib.
Qanuna görə, gəlirinin 20%-dən artığı xaricdən əldə olunan bütün QHT və media təşkilatlar xarici qüvvələrin maraq daşıyıcısı hesab olunurlar. Dövlət bu təşkilatların fəaliyyətini və məqsədlərini araşdırmayacaq, onların hamısına xarici qüvvələrin maraq daşıyıcısı adını verəcək.
Qanun sivil ölkələrdə olduğu kimi düşmən əhval-ruhiyyəli ölkələrdən gələn maliyyəyə deyil, Avropa və Amerikadan gələn maliyyəyə istiqamətlənib.
Qanunun irəli sürülməsinə görə, Avropa İttifaqı üzvləri və Gürcüstanın dost ölkə liderləri öz təəccüblərini bildiriblər, Rusiya Prezidentinin mətbuat katibi isə “Gürcü Arzusu”-nun qanununu bəyənib.
Print ელ. ფოსტა
FaceBook Twitter Google