Kənd toplantıları – insanların real və ya formal ehtiyaclarının həlli mexanizmi
Marneuli Bələdiyyə Məclisi 2024-cü ilin kəndə dəstək proqramı çərçivəsində həyata keçiriləcək layihələri bir neçə dəqiqəyə təsdiq edib.

27 mart tarixində Marneuli Bələdiyyə Məclisi tərəfindən kəndə dəstək proqramı təsdiqləndi

Bu nə müxalifətdən, nə də iqtidardan heç kimin şərh vermədiyi, sual verilmədiyi və razılığın səs çoxluğu ilə, əl qaldıraraq təsdiq edildiyi vəziyyətdə baş verib. Kəndə dəstək proqramı üçün 2024-cü ildə Gürcüstanın Regionlarında Həyata Keçiriləcək Layihələr Fondundan 1 232 000 lari
ayrılıb. Kəndlərə vəsait əhalinin sayına əsasən bölünüb. Hər kəndə ən az 10 000, ən çox 20 000 lari ayrılıb.

Tsereteli kəndində ümumi yığıncaq

Marneulinin 84 kəndindən əksəriyyətində küçə işıqlarının quraşdırılmasına qərar verilib. Bu təcrübə 2019-cu ildən var. Proqram Marneulidə qüvvəyə mindikdən və bələdiyyənin prioritetlərin seçilməsi məqsədilə əhali ilə görüşlərə başlamasından sonra Kvemo Kartlidə kənd toplantıları ilə bağlı “Salam” platforması monitorinq aparırdı. Platformanın nümayəndələrindən biri Ayhan Həsənli bildirir ki, əhali ilə görüşlər formaldır və onların ehtiyaclarını az nəzərə alır. Bələdiyyə kəndlərdə əhalini ümumi toplantılara səfərbər etməkdə çətinlik çəkirdi. Toplantılar əksər hallarda müəllimlərin imzasının hesabına leqitimlik əldə edirdi.

“İki ildir ki, bu iclasları müşahidə edirik və deyə bilərik ki, ötən il olan pozuntular bu il də qeydə alınır. Ən böyük problem bələdiyyənin, onun əməkdaşlarının bu prosesə mühüm proses kimi deyil, formal baxmasıdır. Bu prosesə formal baxırdılar ki, onların öhdəliyidir, iclasları keçirməli və protokol tərtib etməlidirlər. Kəndə dəstək proqramının əsas məqsədi sakinlərin prosesə qoşulması, qərar qəbul etməsidir, bu hüquq mahiyyət etibarilə yox idi. Bizim bildiyimizə görə, qanunla müəyyən edilib ki, sakinlər özləri prioritetləri seçməlidirlər. Bizim müşahidəmizə görə, kən nümayəndəsi hazır layihə ilə gəlirdi, yaxud da əksər hallarda sakinlər tərəfindən layihə təqdim olunmurdu. Bəzən layihələr təqdim olunurdu, amma bələdiyyə tərəfindən vəsaitin 200% artırılması imanı olmurdu. Bilirik ki, qanunla müəyyən olunduğuna görə, əgər müvafiq vəsait azdırsa, misal üçün, 12 000 lari,bələdiyyə onu 200% artıra bilər. Bu barədə sakinlərə nadir hallarda məlumat verilirdi”, – Ayhan Həsənli bildirir.

Marneuli bələdiyyəsi bəzi kəndlərdə mərkəzi büdcədən ayrılmış vəsaitə yerli büdcəni də əlavə edib və meriya qarşılıqlı maliyyə ilə 406 000 lari ayırıb. Kənd toplantılarının formal xarakterli olduğunu Marneuli sakini Mariam Samxaradze də təsdiq edir və bildirir ki, əksər hallarda toplantıda iştirak etmək istəmir.

Təzəkəndində keçirilən kənd toplantısı, bələdiyyə nümayəndələri imza toplayır

“Bir dəfə bu toplantıda olmuşam və əvvəlcədən imzalanmış kağızlar var idi, suvarma suyu ilə bağlı təşəbbüs var idi və sakinlər toplanmadı. Düşünürəm ki, müvəkkil və ya meriyada işləyən həmin kənd sakinləri nə ediləcəyinə qərar verirlər. Çox formaldır və heç iştirak etmək istəyim də yoxdur”, - – Tamarisi sakini Mariam Samxaradze bildirir.

Bələdiyyə Məclisinin Vahid Milli Hərəkatdan olan deputatı Nərgiz Əliyeva kənd toplantıları zamanı sakinlərinin maraqlarının nəzərə alınmasını şübhə altına qoyur və bildirir ki, sakinlərlə görüş formaldır.

“Kəndə dəstək proqramı əhali üçün elan olunur, amma oraya toplaşanların əksəriyyəti hakim partiyanın dəstəkçiləridir. Sakinlər təərfindən qeyd olunan problemi nəzərə almırlar. Mən bunu sadəcə formal layihə adlandırıram. Yerli hakimiyyət Bələdiyyə Məclisinə hansısa layihəni müzakirəyə gətirəndə, yaxud nəyisə həyata keçirmək istəyəndə Bələdiyyə Məclisi deputatlarına heç vaxt tam məlumat vermirlər. Mən buna etiraz etdim. Gündəlikdə nəzərdə tutulan məsələlərin üzərində tez-tez keçirəm və nə əvvəl, nə də sonra bu layihələr barədə heç kimə məlumat vermirlər. Neçə dəfə məlumat tələb etdim və mənə heç nə göndərməyiblər. Bu məsələ ilə əlaqədar müvafiq qurumlara şikayətlə də müraciət edəcəyəm, çünki burada deputatın da hüquqları pozulur. Kəndə dəstək proqramının layihələri kənd üçün nə dərəcədə prioritetidir, nə dərəcədə sakinlərin istəyi nəzərə alınıb, bunlar məndə şübhə yaradır”, – Nərgiz Əliyeva bildirir.

Marneuli meriyası və Bələdiyyə məclisi kənd toplantılarının formal olmasının əksini sübut edir. Meriyanın verdiyi məlumatda oxuyuruq ki, görüşlər şəffaf keçilib və maraqlanan hər kəs öz fikrini qeyd edə bilərdi. Bələdiyyə Məclisi büdcə tərtibinin bir hissəsini müəyyən edir və layihələrin əhaliyə nə qədər uyğun olduğunu bilməlidir. Bələdiyyə Məclisinin sədri “Marneuli” radiosunun suallarına: Görüşlərin nə qədər şəffaf və ədalətli keçirildiyi, prioritetlər seçilərkən əhalinin maraqlarının nəzərə alınıb-alınmamasına Amiran Qiorqadze cavab verir ki, əhali prioritet hesab etdiyi layihələri seçir.

“Biz hər kənddə sakinlərlə görüşdük, onların ehtiyaclarını dinlədik ki, həll yollarını birlikdə müzakirə edək. Yerli sakinlərin fəal iştirakı, kənd toplantısına qoşulması, proqram çərçivəsində kəndlərində hansı məsələlərin həll olunacağına özlərinin qərar verməsi alqışlanmalıdır. Bəli, ümumi kənd toplantılarında iştirak edirdim və demək istəyirəm ki, bülə ünsiyyət yalnız kəndə dəstək proqramı çərçivəsində deyil, gələcəkdə də aktiv şəkildə davam etdiriləcək”,
– Bələdiyyə Məclisinin sədri Amiran Qiorqadze bildirir.

Marneuli Amiran Qiorqadze də kəndin bir neçə toplantısında iştirak edib

Marneuli meriyası 2024-cü ilin büdcəsində nəzərə ala bilmədikləri, kəndlərə əsasən harada hansı prioritetli məsələnin seçildiyi barədə bizə məlumat vermədi. Əhalinin digər ehtiyaclarını hansı illərdə nəzərə alacaqlarını da konkret bildirmədilər.


Kəndlərə dəstək proqramlarının həyata keçirilməsinin əsas prinsipi əhali ilə məsləhətləşmələr aparmaq və onların fikirlərini nəzərə almaqdır, bunu demokratiya indeksi Gürcüstanın sədri - Ekaterine Tsimakuridze də təsdiq edir. O, bildirir ki, əhali ilə məsələhətlər keçirmək meriyanın öhdəliyidir. Bu proqram çərçivəsində layihənin maliyyələşdirilməsinə Bələdiyyə Məclisi qərar verir. Məhz həmin orqan meriya tərəfindən maliyyələşdirilmə üçün təqdim olunmuş layihənin əhalinin real ehtiyacını nə dərəcədə əks etdirdiyi ilə maraqlanmalıdır.

“Həmin layihələrin Bələdiyyə Məclisi tərəfindən təsdiqlənməsi, merin təqdim etdiyi hər hansı layihəni Bələdiyyə Məclisinin avtomatik olaraq təsdiqlənməsi kimi başa düşülə bilməz. Bələdiyyə Məclisi merin kəndə dəstək proqramında nəzərdə tutulan tələbləri yerinə yetirib-yetirmədiyini yoxlamalıdır. Məsələn, müvafiq kənd və ya qəsəbədə yaşayan əhalinin ümumi sayından neçə nəfərin müşavirələrdə iştirak etməsi, müşavirələrin keçirilməsi ilə bağlı əhaliyə dəqiq məlumatların necə təqdim edilməsi və meriya tərəfindən hansı məlumatların yayılması,məsləhətləşmələr zamanı hansı ehtiyacların qeyd edildiyi, sakinlər tərəfindən yekunda adı çəkilən ehtiyaclardan hansının və nə üçün seçilməsi. Layihənin təsdiqlənməsi deməkdir ki, Bələdiyyə Məclisi meriya tərəfindən maliyyələşməyə təqdim edilən layihənin əhalinin real tələbatını nə dərəcədə əks etdirməsi ilə maraqlanmalıdır, çünki hökumətin qərarına əsasən, kəndə dəstək proqramının maliyyələşdirilməsindən yalnız bu şərtlə istifadə oluna bilər."

Marneuli Bələdiyyə Məclisinin sədri Amiran Qiorqadze “Marneuli” radiosu ilə söhbəti zamanı iddia edir ki, layihə ümumi toplantıda seçilir, yerli sakinlər bunu öz imzaları ilə təsdiqləyir və protokol tərtib edirlər. Ona görə də hesab edir ki, hansısa kənddə sakinlərin istəmədiyi layihənin həyata keçirilməsi mümkün deyil. Məsələlərlə bağlı yerli əhalinin fikri fərqli olduğu halda, əhalinin həyata keçirmək istədiyi layihə yerli büdcədə nəzərə alınacaq.

Ekaterine Tsimakuridze bildirir ki,əgər iclasda mərkəzi büdcədən ayrılan məbləğlə maliyyələşdirilə bilinməyən məsələlər qeyd olunarsa, Bələdiyyə Məclisi qarşılıqlı maliyyələşdirmə və donor maliyyələşdirməsinin tapılmasını təmin etməlidir.

“Kəndə dəstək proqramı çərçivəsində ayrılan vəsaitin kifayət etmədiyi və buna görə də layihənin seçilmədiyi müəyyən olunarsa, Bələdiyyə Məclisinin öz büdcəsindən qarşılıqlı maliyyələşdirmə və ya donorların maliyyələşdirilməsini müzakirə etməlidir. Bütün bu məsələlər müxalifətin də iştirak etdiyi, maliyyələşmə qərarının verildiyi Bələdiyyə Məclisi sessiyasında müzakirə olunmalıdır. Bələdiyyə Məclisinin ayrı-ayrı üzvlərinin sakinlər ilə məsləhətləşmələrdə iştirakı Bələdiyyə Məclisi sessiyasında bu məsələlərin müzakirə edilməməsinə səbəb ola bilməz. Belə müzakirələr aparılmadan layihələrin Bələdiyyə Məclisi tərəfindən təsdiqlənməsi yalnız formal xarakter daşıyır və əhalinin real ehtiyaclarını əks etdirməyə bilər. Bundan başqa, Regional İnkişaf və İnfrastruktur Nazirliyi əhali ilə məsləhətləşmələrin keçirilməsi ilə bağlı qeyd olunan çatışmazlıqlarla da maraqlanmalıdır, çünki dövlət büdcəsindən maliyyələşən bələdiyyə proqramlarına sahəvi nəzarəti həyata keçirmək bu nazirliyin funksiyasıdır”, – Tsimakuridze bildirir.

2024-cü ilin kəndə dəstək proqramı Marneulidə 26 fevral tarixində başa çatıb. Seçilmiş layihələr üzərində işlərə hələ də başlanılmayıb. Layihələrin həyata keçirilməsinə Bələdiyyə Məclisi nəzarət etməlidir.


Bizi Teleqramda izləyin! Yeni xəbərlər anında kanalda! Linkə daxil olub abunə olun!
Bizi WhatsAppda izləyin! Yeni xəbərlər anında kanalda! Linkə daxil olub abunə olun!
Digər maraqlı xəbərlər "Marneuli" radiosunun Facebook səhifəsində.
Bizi "Telegram"da izləyin.
Şahidi olduğunuz hadisələri çəkib bizə göndərin! +995557994415

“Gürcü Arzusu” bir daha “Rusiya qanununu” qəbul etməyi planlaşdırır. Həmin qanun 2023-cü ilin mart ayında kütləvi etirazlar nəticəsində geri çəkilmişdi. “Gürcü Arzusu” ötən il vəd vermişdi ki, “Rusiya qanunu” Parlamentə qaytarmayacaqlar. Amma vədi pozublar. “Gürcü Arzusu” qanun layihəsinin ilkin formasından yalnız “agent” sözünü çıxarıb və onu xarici maraqların daşıyıcısı ilə əvəz edib.
Qanuna görə, gəlirinin 20%-dən artığı xaricdən əldə olunan bütün QHT və media təşkilatlar xarici qüvvələrin maraq daşıyıcısı hesab olunurlar. Dövlət bu təşkilatların fəaliyyətini və məqsədlərini araşdırmayacaq, onların hamısına xarici qüvvələrin maraq daşıyıcısı adını verəcək.
Qanun sivil ölkələrdə olduğu kimi düşmən əhval-ruhiyyəli ölkələrdən gələn maliyyəyə deyil, Avropa və Amerikadan gələn maliyyəyə istiqamətlənib.
Qanunun irəli sürülməsinə görə, Avropa İttifaqı üzvləri və Gürcüstanın dost ölkə liderləri öz təəccüblərini bildiriblər, Rusiya Prezidentinin mətbuat katibi isə “Gürcü Arzusu”-nun qanununu bəyənib.
Print ელ. ფოსტა
FaceBook Twitter Google