Marneuli 1 saylı ictimai məktəbində baş vermiş oğurluğa görə 4 nəfər saxlanılıb

Daxili İşlər Nazirliyinin Kvemo Kartli Polis İdarəçiliyinin əməkdaşlarının həyata keçirdikləri istintaq-əməliyyat tədbirləri nəticəsində Marneulinin ictimai məktəblərindən birinin qarət edilməsi faktı ilə bağlı 4 nəfər: 2001-ci il təvəllüdlü R.M, 2001-ci il təvəllüdlü E.H., 2002-ci il təvəllüdlü S.Q və 1994-cü il təvəllüdlü R.A. saxlanılıb.
Sözü gedən cinayətə görə 3 ildəndən 5 ilədək azadlıqdan məhrum etmə nəzərdə tutulur. İstintaq
müəyyən edib ki, saxlanılan şəxslər cari ilin 3 noyabrında Marneuli 8 saylı ictimai məktəbindən müxtəlif texnika oğurlayıblar.

Hüquq mühafizəçiləri oğurlanan əşyaları maddi dəlil olaraq götürüb. Oğurluq faktı ilə bağlı Gürcüstan CM-nin 177-ci maddəsinin 2-ci hissəsinin a və b altbəndləri ilə istintaq aparılır.


Mövzu ilə bağlı digər xəbərlər:

Məktəbdən oğurlanmış əşyaların bir qismi elə məktəbin özündən tapılıb

Marneulidə məktəb qarət olundu
Print ელ. ფოსტა
FaceBook Twitter Google