Marneuli
bələdiyyəsində 10 çaqqal və 5 canavar öldürüləcək. Bu haqda
məlumatı 8 fevralda baş tutan bələdiyyə məclisinin iclasında
bildiriblər.
Meriyanın verdiyi məlumata görə, Dəmyə-Görarxı və Dioqnisi kənd
sakinləri çaqqal və canavaların hücumu ilə bağlı meriyaya yardım
üçün müraciət ediblər.
Bizimlə söhbət zamanı Dioqnisi kənd müvəkkili Mirza Jorjolianinin
dediyinə görə, kənddə çaqqal problemi həqiqətən də var.
“Əhali şikayət edir ki, çaqqallar məntəqəyə girirlər.
Bildiyimə görə dişləmə faktları olmayıb. Ümumiyyətlə hər yerdə
çaqqal var. Yalnız Dioqnisidə deyil bütün bələdiyyədə onların sayı
artıb” - Mirza Jorjoaliani deyir.
Dəmyə Görarxının müvəkkili Şükür Abazov da canavar və çaqqalların
sayının çoxaldığını qeyd
edir.
“Canavarlar həqiqətən problem yaradır və bu yeni xəbər
deyil. Keçən il də oxşar vəziyyət idi. Beş canavar var idi və əhali
özbaşına onları öldürdü. Yedd səkkiz aydır bundan şikayət edirik.
Kimin əkin sahəsi var hamı qorxur” - Şükür Abazov
deyir.
Bizimlə söhbət zamanı meriyanın ictimaiyyətlə əlaqələr şöbəsinin
rəhbəri Mariam Xaçidze qeyd etdi ki, əhalinin məktubu ilə meriya
Ətraf Mühitin Mühafizəsi Nazirliyi ilə əlaqə saxlayıb və onlar qeyd
olunan problemlə bağlı hüququ bələdiyyəyə veriblər ki, problemi
yerli özünüidarəetmə həll etsin.
Öldürülmə hüququ 10 çaqqal və 5 canavar üçün verilib. Yaxın
gələcəkdə xüsusi işçi qrupu toplanacaq və çalşmağa
başlayacaqlar.
Qeyd etdiyimiz kimi mövcud olan problem geniş miqyaslıdır və meriya
problemi əhalinin məktubu əsasında həll edəcək.