Qızılhacılıda heyvanların ölümünə fermerin qeyri-düzgün tədbirlərin səbəb olduğu güman edilir
16:20 / 10.05.2019
61
baş iri buynuzlu mal-qara Qızılhaclı kəndində dünən, 9 mayda gənəyə
qarşı dərmandan istifadə etdikdən sonra ölüb.Güman ki, bu fermerin səhv hərəkətinə görə
olub.
Bizimlə söhbət zamanı Milli Ərzaq Agentliyinin Kvemo Kartli
İdarəsinin sədri Miranqula Liparteliani bidirdi ki, ilkin tədqiqata
görə fermer tərəfindən dərmanın səhv istifadə olunmasından
şübhələnirlər, ancaq yekun nəticə ekspert tərəfindən
çıxarılacaq.
“Biz tədqqiat apardıq və başqa tərəfi də istisna
etmirik. Yenə də sığortalanmaq üçün pataloji material götürdük və
laboratoriyaya göndərmişik. Nəticələr çıxan kimi maraqlanan
tərəflərə göndərəcəyik” – Miranqula Liparteliani
deyir.
Liparteliani qeyd edir ki, mal-qara müvafiq nəzarət altında məhv
olub və onun ticari bazara çıxarılması mümkün deyil.
Dərmanların düzgün dozada istifadə olunmamasını Qızılhacılı
kəndinin baytar həkimi də istisna etmir. Marneulili baytar Anar
Məmişov hadisə yerinə dünən özü gedib və 50-dən artıq mal-qaranı
xilas edə bilib.
"Zəhərlənmə çox güclü idi. Bilmirəm nədən olub. Mənə
zəng vurdular getdim. 20 dəqiqəyə getdim orada inəkləri yuduq.
Uşaqlara zəng vurdum 10 tonluq çən gətirdilər bir-bir hamısını
yuduq. Bütün kənd sakinləri kömək elədi. Orada böyük iş görüldü.
Sonra iynələr vurduq. Həkimin eyni zamanda 25 iynə vurması asan
deyil. Yenə qeyd edirəm ki, baytar həkimdən soruşmadan heyvana heç
bir dərman verməsinlər. Zəng vurub soruşsunlar" -
Anar Məmişov dedi.
Elmin Qaxacov Qızılhacılılı fermerlərdən biridir və dünən onun çox
sayda mal-qarası ölüb. Özünün dediyinə görə, biznesin pulunu
bankdan götürüb və zərər 100 000 lariyə qədər məbləğ təşkil
edir.
"Dünən saat 1, 2-yə işləmişdi başladım çimizdirdim.
Çimizdirdim dərhalda çölə çıxartdım. Elə 30-40 metrə ordan bura
yoxdur heç. Elə bura gəldim hamsı yıxıldı öldü. On dəqiqənin içində
hamısı öldü hamısı. Sonradan həkim gəldi. Nəbilim sonra vetaptekdən
dərmanlar aldıq yenə. Xeyri olmadı. Təmiz anaları öldü balaları
qaldı bircə. Ümumi 130-dənə idi. 56-dənənəsi öldü. 40 mənim idi.
16-sı dayımıdı, ikisi isə qonşunun idi. Bankdan kredit götürdüm.
Dedim asma irəli gedəm. Bu dəqiqə üçü yenədə öldü. O dur baxın
yatanlarda yaxşı deyil" - Elmin Qaxacov dedi.
Zərərçəkən mal-qaranı zəhərləyən dərmanı Marneulinin apteklərinin
birindən alıb. İndiki mərhələdə özünü və ya apteki günahlandırmaqda
çətinlik çəkir. Yalnız onu deyir ki, dozanı bir az artıq edib.
Ancaq başqa vaxt zəhərlənmə halları olanda da belə edirmiş və
mal-qaraya heç nə olmayıb. Marneulinin baytar aptekində satıcı isə
fermeri günahlandırır.
“Şüşəyə yazılıb ki, 10 litr suya 15 qram tökməlisən. Bu
normal dozadır. Bundan inək ölməzdi. 9 ildir ki, burada çalışıram.
Belə hal heç vaxt olmayıb. Sadəcə dozasını artıq edib.
Çimizdiriblər və otaracaa aparıblar. Dozası artıq olub deyə
ölüblər” – batar aptekin nümayəndəsi deyir.
Baş verən faktla bağlı Daxili İşlər Nazirliyində Gürcüstan Cinayyət
Məcəllədinin 188-ci maddəsi ilə istintaqa başlayıb. Maddə
ehtiyatsızlıqdan əşyaya zərər vurmaq və ya məhv etməyi nəzərdə
tutur.