Marneuli Bələdiyyə Məclisi Qızılhacılı kəndində torpaq sahəsinin
fərdi şəxsə birbaşa istifadə qaydasında, tikinti hüququ ilə iki il
müddətinə verilməsini dəstəkləyib.
Bələdiyyə Məclisinin bu gün, 16 dekabr tarixində keçirilmiş
iclasında məsələni müzakirəyə çıxaran Qivi Qiorqadze bildirdi ki,
Qızılhacılıda torpaq sahəsininin Nəriman Axundova verilməsini
istəyir.
Marneuli meriyasının İnzibati Xidmətinin rəhbəri Mamuka Şubitidze
də torpaq sahəsinin fərdi şəxsə verilməsi
ilə bağlı şərh
verib.
“Qeyd olunan torpaq sahəsi bu məqsədlə verilir ki, həmin şəxs kənd
üçün “Ayinlər Evi” tikəcək. Sonra isə bələdiyyəyə bu sahəni geri
qaytaracaq”, – Mamuka Şubitidze bildirib.
Bələdiyyə Məclisinin qərarına görə, Qızılhacılı kəndində torpaq
sahəsini birbaşa istifadə etmək hüququ ilə Nəriman Axundova
verilib.
Bələdiyyə Məclisinin bu gün baş tutan iclasında deputatlar bütün
məsələlərlə bağlı müsbət qərar qəbul ediblər.