Marneulidə hüquq və insan haqları mövzusunda təlim keçirilib
Bu gün, 24 fevral tarixində Marneulidə hüquq və insan haqları haqqında maarifləndirmə səviyyəsinin yüksəldilməsi məqsədi ilə təlim keçirilib.

Daxili İşlər nazirinin keçmiş müavini Natia Mezvrişvili və hüquqşünas, hüquq müdafiəçisi Qoqa Xatiaşvili təlim iştirakçılarına hüquq-mühafizə orqanlarının funksiyaları, onlarla ünsiyyət yolları, səlahiyyətlərdən sui-istifadə etməkdən müdafiə imkanları, qadına qarşı zorakılıq, erkən yaşda evlilik və s. mövzularda məlumat veriblər.

“Maraqlanan şəxslərlə
iki əsas mövzunu müzakirə etdik. Bu hüquq məsələləri, konkret olaraq hüquq-mühafizə orqanlarının, məhkəmənin funksiyaları, onların işləmə spesifikası və vətəndaşların bu dövlət qurumları ilə ünsiyyət zamanı nəyi bilməli olduqları, hansı hüquqlarının olduğu, həmin qurumlardan öhdəlik daşıdıqları funksiyaları yerinə yetirmələrini necə tələb etməkləridir. İkinci mövzu insan hüquqları ilə bağlıdır. Biz bir neçə mühüm məsələni ayırdıq, bu qadına qarşı və ailədə zorakılıqdır. Bu məsələlər xüsusilə aktualdır və hələ də böyük problemlərdən biri olaraq qalmaqdadır. İkinci mövzu yetkinlik yaşına çatmamış şəxslərə qarşı törədilən zorakılıqla bağlıdır. Biz burada uşaqlara və erkən yaşda evliliyə xüsusi diqqət çəkmək istəyirik”,
– Qoqa Xatiaşvili bildirdi.

Daxili İşlər nazirinin keçmiş müavini Natia Mezvrişvili “Marneuli” radiosu ilə söhbəti zamanı bildirdi ki, vətəndaşlarla görüşmək və onlara hüquqları haqqında məlumat vermək mühümdür. Çünki bu gün Gürcüstanda olan genişmiqyaslı təşviqat vətəndaşlara düzgün məlumat vermir.

“Ən əsas odur ki, demokratiyanın, müstəqil məhkəmənin vətəndaşların gündəlik həyatına hansı təsirinin olmasından, bizim müstəqil məhkəməmizin olmasının niyə vacib olduğu, bunların hamısının iqtisadi inkişafla, iş yerləri, kriminal vəziyyət, təhlükəsizliklə hansı əlaqəsinin olması barədə danışdıq".

Təlimçilərin bildirdiyinə görə, əhali ilə görüşlər və onlara hüquqları haqqında məlumat verilməsi gələcəkdə də davam etdiriləcək. Qoqa Xatiaşvilinin sözlərinə görə, hər bir maraqlanan şəxsin təlimlərdə iştirak etmək hüququ var və bu tam təmənnasızdır.

Təlim Demokratiyaya Dəstək Mərkəzinin təşkilatçılığı ilə “National Endowment for Democracy”-nin dəstəyi ilə, “Gürcüstanda mülki təhsil və iştiraka dəstək” layihəsi çərçivəsində keçirilir.


Print ელ. ფოსტა
თეგები: Daxili İşlər Nazirliyi Təlim
FaceBook Twitter Google