Marneuli şəhərindəki yeganə işıqfor bir neçə gündür
söndürülüb.
Marneuli meriyasından “Marneuli” radiosuna bildirdilər ki, işıqforu
bilərək söndürüblər ki, şəhərdə tıxaca nəyin səbəb olduğunu
müşahidə etsinlər.
“
Rustaveli küçəsinin bərpası planlaşdırılır və indi
müşahidə aparılır. Tıxaclar yaranır və buna görə, ola bilsin
gələcəkdə bəzi dəyişikliklər etməli olduq. Bu səbəbdən 10 gün
ərzində müşahidə aparacağıq və buna görə, işıqfor müvəqqəti olaraq
söndürülüb”- Marneuli meriyasının Əmlak İdarəetməsi
və Maddi-Texniki Təminat Xidmətinin rəhbəri Aqil Əmircanov
bildirdi.
Əmircanovun sözlərinə görə, meriya Marneuli şəhərində Rustaveli
küçəsinin bərpa edilməsi layihəsi üzərində işləyir. Buna görə,
nəqliyyat vasitələrinin hərəkəti müşahidə olunur ki, şəhərdə tıxaca
nəyin səbəb olduğu müəyyən edilsin. İndiki mərhələdə Marneuli
şəhərinin Rustaveli küçəsinin bərpasına nə zaman başlanılacağı
məlum deyil.
Marneuli şəhərində işıqfor yalnız bir yerdə, bazar və 5 saylı
məktəbin ərazisində yerləşir. İşıqfor neçə gündür söndürülüb və
güman ki, bazar ertəsi, 5 iyun tarixində qurulacaq.