Xarici İşlər Nazirliyi bəyan
edir ki, Axalkalakinin kəndlərindən birində Qarabağ müharibəsi
iştirakçısının büstünün qoyulması məsələsi ilə bağlı “həm Tbilisi,
həm də Azərbaycanda səfirlər vasitəsilə ünsiyyət qurulub və
informasiya mübadiləsi olub.”
Nazirlikdən “Netgazeeti”yə yazıblar ki, “Azərbaycan Gürcüstanın
strateji tərəfdaşıdır və bizim aramızda barəsində ünsiyyət
yaratmadığımız heç bir məsələ yoxdur, bu qarşılıqlı əlaqələrdə adi
haldır”.
“Bu mövzu ilə bağlı ajiotaj yaratmaq lazım deyil” – XİN
Axalkalakinin Buğaşen kəndində Dağlıq Qarabağ müharibəsi
iştirakçısının büstü ilə bağlı bəyan edib.
Əhalisinin əksəriyyəti etnik erməni olan Buğaşeni kəndində kənd
sakini Mixeil Avakyanın büstü 25 ildir ki, qoyulub. Axalkalaki
meriyasından təsdiqləyirlər ki, Dağlıq Qarabağ müharibəsində
iştirak edib və 1994-cü ildə həlak olub, elə həmin vaxtlar da onun
təhsil aldığı kəndin köhnə məktəbinin həyətində onun büstünü
qoyublar.
Axalkalaki merinin məlumatına görə, ilk olaraq onun büstünü qardaşı
və əmisi oğlu qoyublar; vaxt keçdikcə büst xarab olub və bu
yaxınlarda onun qohumları öz xərcləri ilə büstü bərpa ediblər,
bunun üçün dövlət vəsaiti xərclənməyib. Onun dediyinə görə, həmin
adamın vəsaiti ilə büstün ətrafına hasar da çəkilib.
20 yanvar tarixində yenilənmiş abidənin açılışında Gürcüstan
Parlamentinin üzvləri Enzel Mikoyan və Samvel Manukyan,
Ermənistanın Gürcüstandakı səfiri Ruben Sadoyan, Axalkalaki
BƏlədiyyə Məclisinin sədri, Axalkalaki meri Yurik Unanyan və başqa
şəxslər iştirak edirdilər.
Unanyan bildirir ki, onu tədbirə “kənd dəvət edib” və buna görə də
ora gedib. Enzel Mkoyana zəng vurduqda isə onun sürücüsü cavab
verdi və dedi ki, Mkoyan görüşdədir və indi boş deyil, boşalan kimi
o, özü zəng vuracaq; “Netgazeti” tədbirin məhz 1990-cı ildə baş
vermiş “Qanlı Yanvar”ın ildönümü olan 20 yanvar tarixində
keçirilməsinə nə üçün və kim tərəfindən qərar verildiyi ilə bağlı
sual verə bilmədi.
Parlamentin sədr müavini Qia Volski jurnalistlərin məsələ ilə bağlı
sualına belə cavab verib:
“Təəssüf ki, siyasi həyatda hər şey optimal deyil və hər şeyin
dəqiq cavabı yoxdur. Məsələ kifayət qədər problemlidir, bu məsələ
ilə bağlı mövqe çox mühümdür. Gürcüstanda yaşayan həm azərbaycanlı,
həm də erməni vətəndaşlarımız bizim üçün mühümdürlər. Bu baxımdan
ən yaxşı vəziyyət bu gündür və biz elə bir platformayıq ki, nə
vaxtsa Ermənistan və Azərbaycanın maraqları yaxınlaşa bilər. Bu
məsələ ilə bağlı şərh vermək qərarına gəlsək, buradan çıxmalıyıq.
Məsuliyyətsiz adamlar istəyir ki, qalmaqal yaratsın. Bu isə yenə də
bizim ölkəyə qarşı yönələcək. Biz çalışmalıyıq ki, bizim ölkədə
onlar arasında qarşıdurma olmasın. Xarici siyasət baxımından yaxşı
vəziyyət deyil, lakin diplomatiya belə yaxşı olmayan vəziyyətləri
yüngülləşdirmək üçün mövcuddur”.