Qoç - yeniliyə can atsanız da, sınanmış metod və
vasitələrdən bilmərrə qurtulmaq istəmirsiniz. Şübhələr, müxtəlif
variantlarla bağlı tərəddüdlər istisna deyil. Sizə mənsub olmayanı
saxlamağa çalışmayın. Günün ikinci yarısında emosional bağlılıq ön
plana çıxacaq. Vəd və öhdəliklər ağır situasiya yarada bilər.
Hadisələri tələsdirməyin, süni təkanı işə salmayın. Bəzi şansların
bilmərrə itməsi ilə barışın. Bunun müqabilində yeni imkanlar
qazanacaqsınız.
Buğa - günün ilk yarısı romantika, emosiyalar vəd
edir. Praktik olun, hisslərə aldanmayın. Unutmayın ki, emosiyalar
işinizin effektivliyinə mane ola bilər. İmpulsiv davranış yalnız
qısamüddətli perspektivdə xeyirlidir. Günün ikinci yarısında
şəraiti aydınlaşdırın. Tələyə düşməyin. İrəliyə doğru hərəkətdə ilk
baxışda nəzərə dəyməyən maneələri gözdən qaçırmayın. Yaxşı
tanımadığınız insanla münasibətlərdə sayıq olun. Axşam saatlarında
evdən uzaqda dincələ bilərsiniz.
Əkizlər - karyera məsələləri, ambisiyaların
təminatı üçün ağır zamandır. Uzunmüddətli əməkdaşlıqla bağlı
təklifləri qəbul etməyin. Yeni sahədə ehtiyatla çalışın. İtki,
yalan və əsassız ittiham, qarışıqlıq, qanunsuz olay riski artır.
Günün ikinci yarısında sərvaxt davranın. Təriflərə
inanmayın.
Gəlişigözəl ibarələrin arxasında məkrli niyyətlər
daldalana bilər. Vədlər və öhdəliklərin sayını artırmayın.
Başqalarının işini görməyin.
İmtina çətindirsə, bir qədər tənəffüs edin,
informasiyanı dəqiq yoxlayın.
Xərçəng - səhər saatlarında hadisələrin süjetləri
sizə tanış gələ bilər. Belə deyil: yeni motivlər çoxdur. Müvəqqəti
işi daimi iş yerinə dəyişibsinizsə, diqqətli davranın.
Münasibətlərinizdəki problemləri aradan qaldırmağa çalışın. Günün
ikinci yarısında peşəkar fəaliyyət sahəsindəki mübahisələri
emosional davranışla mübahisələrə çevirməyin. Əsəblərinizə hakim
olun. Hisslərin əsirinə çevrilməyin. İntuisiyanıza güvənin. Fatum
üzünüzə gülə bilər. Axşam saatlarında gəzintiyə çıxmağı
unutmayın.
Şir - günün ilk yarısındakı şərait
qeyri-müəyyəndir. Etibarsızlıq, şübhə var. Belə durum əsəblərinizə
təsir edəcək. Şəxsi münasibətlərlə yanaşı, işgüzar fəaliyyət
müstəvisində ciddi dəyişikliklər planlaşdırmayın. Günün ikinci
yarısında maliyyə məsələlərində sayıq olun. Kredit götürməyin, borc
verməyin. Yaxın ətrafınızdakı insanlarla münasibətlərə dəyər verin.
Səhhətinizin qayğısına qalın. Psixoloji və ya digər formada
asılılıq yarada biləcək situasiyalardan uzaq
durun.
Qız - günün ilk yarısında tərəfdaşların və
şəriklərin davranışlarındakı dəyişikliklərə fikir verin. Onlardan
birinin sizinlə bölüşmək istəmədiyi sirri var. Anlaşma və
müqavilələr üçün əlverişli zaman deyil. Daşınmaz əmlakla bağlı
əməliyyatlar aparmayın. Şübhəli işə qatılmayın, avantüra
iştirakçısı olmayın. Günün ikinci yarısında rəqiblər taktikanı
dəyişəcək, daha məxfi əməliyyat hazırlayacaqlar. Onların
niyyətlərini faş etmək çətinləşəcək.
Şəxsi münasibətlərdə ikili standartlar
çətinliklər yarada bilər. Etimad məsələsində problemlər
var.
Tərəzi - yeni işə başlamaq, yaşamda nəyisə
dəyişmək olar. Ambisioz planlar qurmaqdan çəkinməyin. Risk edin ki,
ciddi uğur əldə edə biləsiniz.
Yeni ideyanın reallaşmasına dərhal başlayın. Vaxt
itirmək və ya nəyisə təxirə salmağın heç bir əsası yoxdur. Şəxsi
münasibətlər müstəvisində baş verən hadisələr sizi sevindirə bilər.
Hisslərinizi nizama salın, sevdiyiniz insanla ünsiyyətdə qabalıq
etməyin. Tərslik etməyin, mürəkkəb situasiyada güzəştə gedin.
Belədə uduzmazsınız. Axşam saatlarında əhvalınız pisləşə
bilər.
Əqrəb - günün ilk yarısında ciddi narahatlıq üçün
heç bir səbəb yoxdur. Şansların yoxa çıxmasından narahat olmayın.
Yeni imkanlar formalaşır. Zəifləməyin, bəxtə bel bağlayıb
hərəkətsiz qalmayın. İlk baxışdan cazibədar təsir bağışlayan
təkliflərin fəsadları da var. Günün ikinci yarısında problemlərin
həllində yaradıcı yanaşma nümayiş etdirin. Hazırda ən önəmli
saydığınız arzularınızdan birini realaşdıra
bilərsiniz.
Axşam saatlarına yaxın yaşam ritminiz
gərginləşəcək. Tənbəllik etməsəniz, yaxşı nəticələr əldə edə
bilərsiniz.
Oxatan - günün ilk yarısında yaşam arealı və ya
peşəkar fəaliyyətinizlə bağlı risklər yaranacaq. Qəti, sərt qərarı
ertələyin. Uzaq yola çıxmaq fikriniz varsa, hər nüansı, xırdalığı
ölçüb-biçin. Günün ikinci yarısında münasibətlərdə psixoloji və
emosional məqamları mütləq nəzərə alın. Təcrübə çatışmazlığı,
hisslər və aqressivlik işləri korlaya bilər. Narahatlığınız, təşviş
və ya nigaranlığınızdan sui-istifadə etmək istəyən tapılacaq. Yaxın
ətrafınızdakı insanlardan birinin səhlənkarlığına hazır
olun.
Oğlaq - günün ilk yarısındakı situasiya sizi
usandıra bilər. Lakin seçim sizin olmadığınız üçün vəziyyətlə
barışın, yeni şəraitə uyğunlaşmağa çalışın. Müəyyənlik gözləntiniz
uzun sürə bilər. Əsas davranış modeli ilə yanaşı, ehtiyat
variantlarınız da olmalıdır. Günün ikinci yarısında böhran istisna
deyil. Etibar edə biləcəyiniz insanı müəyyənləşdirin. Ona
inanırsınızsa, yeni tərəfdaşlığa başlayın. Belə şəxs yoxdursa,
yalnız özünüzə bel bağlayın.
Axşam saatlarında yardım və ya köməyinizə görə
minnətdarlıq gözləməyin.
Dolça - günün ilk yarısında gəlir mənbələrinin
sayını artırın. Əlaqələr, biliklər, lider və idarəetmə
məziyyətlərinizi gücləndirin. İşgüzar layihəniz üçün maliyyə
mənbəyi arayın. Fəaliyyət sahənizi dəyişibsinizsə, potensialınızı
real dəyərləndirin. Günün ikinci yarısında praqmat olun, efemer
gəlir imkanlarına aldanmayın. Birmənalı olmayan situasiyalarda
qanunsuz addım atmayın. İrəliləyiş üçün hər vasitə yararlı
deyil.
Balıqlar - enerjiniz çoxdur, amma ondan məhsuldar
şəkildə yararlanın. Ətrafınızdakı insanlara qarşı sərt mövqe
tutmayın.
Belə davranış
münasibətlərdə harmoniyaya səbəb olmayacaq. Yumşaq olun, həssas
davranın. Çətinlikləri dəf edərək daha pozitiv ola
bilərsiniz.