Qoç - Bu gün əvvəlkilər qədər
yaxşı keçməyəcək. Amma bunun özündə tərifləmək üçün nəsə var.
Məsələn, ona görə ki, o, problem gətirməyəcək və ya qəribə
görüşlərlə sizi sevindirəcək. Nə vaxtsa, sizə kömək etmiş adamdan
dəstək almaq şansı var. Bazarlıq etmək olar. Gün
xüsusilə yeni paltar alınması üçün münasibdir. İmicinizlə
eksperimentlər uğurlu olacaq. Günün ikinci yarısı xoş romantik
həyəcan vəd edir.
Buğa - Bu gün istənilən
səfərlər, ekskursiyalar üçün münasibdir. Yeni təəssüratlar
istəyirsiniz və onları alacaqsınız. Sadəcə olaraq, təşəbbüs
göstərmək lazımdır. Gün intuisiyasını dinləyən Buğalara xoş
sürprizlər və kəşflər vəd edir. Ailə tədbirləri, yaşlı
qohumlarla ünsiyyət, əlaqələrin möhkəmləndirilməsi üçün münasib
gündür. İstənilən görüşləri bu günə təyin etmək olar - onlar
istədiyiniz kimi keçəcək. Maliyyə işlərində qayda yaratmaq üçün
əlverişli məqamdan istifadə edin.
Əkizlər - Olduqca maraqlı, xoş
və asan gündür. İntuisiyanıza etibar edin - bu gün o, sizi olmaq
istədiyiniz yerə aparacaq. Gözlənilməz görüşlər mümkündür. Onlardan
biri taleyüklü ola bilər. Sərfəli sövdələşmə şansı var. Lakin
diribaşlıq, hətta, sərtlik nümayiş etdirmək lazımdır.
Yaxınlarınızla
ünsiyyətdə bəzən özünüzü aqressiv aparırsınız. Bu, xoş təəssürat
yaratmır və incikliklərə səbəb ola bilər. Daha çox zirəklik
lazımdır. Bu, yaşlı qohumlarınızla münasibətlərdə daha
vacibdir.
Xərçəng - Sərfəli bazarlıqlar
və gəlirli investisiyalar vəd edən uğurlu gündür. O, maliyyə
məsələlərinin həlli üçün münasibdir. Köhnə tanışlarınızın sizə
təzyiq göstərməyə cəhd edəcəyi, nəyəsə məcbur etməyə çalışacağı
istisna deyil. Müqavimət göstərin! Gün maraqlı görüşlər və
romantik əyləncələr vəd edir. Yaranan hisslərin ani olduğunu
bilə-bilə, onlardan zövq alırsınız. Yeni tanışlarınızdan kiminsə
sizi həqiqətən sevdiyi istisna deyil.
Şir - Bu gün əvvəlki iki
gündən daha əlverişlidir. Vaxtınızı yaxşı keçirəcək, asanlıqla
həmfikir və köməkçilər tapacaqsınız. Səfərlərə yola düşmək olar.
Onlar asan keçəcək və sizi yormayacaq. Gözlənilməz pul gəlirləri,
hədiyyələr mümkündür. Ev işləri sizə zövq verəcək.
Bunun üçün nə seçməyinizin əhəmiyyəti yoxdur - dadlı nahar
hazırlamaq, təmizlik aparmaq, köhnə əşyaları sahmana salmaq və s.
Bütün hallarda bu işlərin öhdəsindən gözlədiyinizdən də tez
gələcəksiniz.
Qız - Gün hiss olunmadan
keçəcək, nə böyük sevinclər, nə də ciddi məyusluqlar gətirəcək.
Maraqlı işləri seçin, onlarda uğur qazanacaqsınız. Həyəcan verməyən
işləri isə təxirə salın. Ulduzlar belə yanaşmanın
tərəfdarıdır. Yersiz xərclərdən qaçın, vacib
olmayan bazarlıqlardan imtina edin. Ağıllı qənaət sizə yarayacaq,
bu gün bədxərclk etmədyinizə görə sonralar dəfələrlə
sevinəcəksiniz. Günün ikinci yrasında ehtiyatlı olun: xəsarət
təhlükəsi var.
Tərəzi - Tələskənlikdən uzaq
durun. Bu gün hər bir addım sakit götür-qoy tələb edir. Səthi
qərarlar əksər hallarda yanlış olacaq, dolama yollar isə sizi
hədəfə birbaşa yollardan daha tez çatdıracaq. Yeni şübhəli
layihələr naminə çoxdan qurduğunuz planlardan imtina
etməyin. Gün tamah və
şirnikləndirmələrlə yadda qalacaq. Siz etimada layiq olmayan
adamların nəsihətlərinə asanlıqla tabe olacaqsınız. Nəyə
ehtiyacınızın olduğunu və nəyə can atdığınızı daha yaxşı sizin
bildiyinizi özünüzə tez-tez xatırladın.
Əqrəb - Bu gün dayanmadan, özü
də bəzən əlverişsiz şəraitdə işləməli olacaqsınız. Amma buna dəyər.
Ona görə də, diqqətinizi cəmləyin və məşğul olduğunuz işlərə ciddi
yanaşın. Səfərlər lazımi nəticəni versə də, çox vaxtınızı alacaq:
doğru yolu dərhal tapa bilməyəcəksiniz, planlaşdırılmamış
ləngimələr olacaq. Deyəsən, sevdiniz şəxs sizdən
uzaqlaşır, işlərinizlə maraqlanmır, hisslərinizi bölüşmür. Amma
bunu faciə kimi qəbul etməyin. Təbii ki, xoşagəlməz tendensiyadır.
Lakin o müvəqqəti xarakter daşıyır.
Oxatan - Gün dəyişikliklərlə
əlamətdar olacaq: yeni maraqlar yaranacaq, köhnələri sıxışdıracaq,
dəyərlərin yenidən qiymətləndirilməsi baş verəcək. Bu çətin proses
Oxatanların emosional vəziyyətinə o qədər də yaxşı təsir etməyəcək
- onlar əsəbi və səbrsiz olacaqlar, qaranlıq fikirlərə
düşəcəklər. Lakin ətrafdakılar böyük səbr
nümayiş etdirəcək, Oxatanlara çətin günə davam gətirməkdə kömək
etməyə var gücləri ilə çalışacaqlar. Sizi narahat edən məsələlərlə
bağlı açıq danışmaqdan çəkinməyin: dəstək sözləri
eşidəcəksiniz.
Oğlaq - Həyatınızda baş
verənlərin hamısına nəzarət edə bilmirsiniz - bunu etiraf edin və
hədər mübarizəyə güc sərf etməyin. Köhnə planları reallaşdırmağa
növbəti dəfə cəhd etməkdənsə, yeni planlar qurmaq daha
yaxşıdır. Ətrafdakılarla münasibətlər
dəyişəcək. Məlum olacaq ki, yaxınlarınız sizin təkcə güclü yox, həm
də zəif tərəflərinizi bilirlər. Bununla belə, sizi sevirlər.
Romantik etiraf mümkündür. Gözlənilməz evlilik təklifi də istisna
deyil.
Dolça - Yaxşı məsləhətlər
günüdür. Taleyin bu gün sizi qarşılaşdırdığı hər kəsə qulaq asmaq
lazımdır: yolunuza çox maraqlı insanlar çıxacaq. Onlardan hans
iləsə sizi ciddi münasibətlər bağlayacaq. Hələlik hadisələri
tələsdirməyin, qoy, hər şey öz ardıcıllığı ilə getsin.
Həmkarlarınız və müttəfiqlərinizlə qeyri-formal şəraitdə ünsiyyətə
girmək, birgə layihələri müzakirə etmək olar. Belə söhbətlərin
faydası olacaq. Yaxınlarınıza hədiyyə almaq
üçün yaxşı gündür. Bu gün seçiminizdə səhv etməyəcəksiniz. Amma
çətin ki, özünüz üçün nəsə seçə biləsiniz. Buna görə məyus
olmayın.
Balıqlar - Tanışlıqlarda
ehtiyatlılıq tələb olunur: bu gün sizə qarşı o adamlar maraq
göstərirlər ki, onlardan uzaq durmaq lazmdır. Şirnikdirici şeylərə
müqavimət göstərmək çətindir. Bir çox Balıqlar dərhal müsbət
emosiya almaq üçün düşünlməmiş hərəkətlər edəcəklər. Bürcün bir
sıra nümayəndələri üçün belə hərəkətlər dərhal pis hadisələrə
çevrilə bilər.