24
Aprel 2019-cu il, Ulduz falı. Axmaq adamlardan uzaq
durun
Qoç - işləri yarımçıq qoymayın. Situasiyanın təfərrüatlarını
aydınlaşdırın. Rəqibləri geridə qoymaq üçün sürətli, çevik və
qıvraq olun. Günün ilk yarısı məhsuldardır. Qarşınıza konkret
məqsəd qoysanız, bir sıra problemləri çətinlik çəkmədən həll edə
bilərsiniz.Günün ikinci yarısında şübhələrə əsir düşərək
addımlarınızı yavaşıtmayın. Diqqətli olun. Fikriniz ikinci dərəcəli
məqamlara dağılmasın. Şübhələr fəaliyyətinizə dağıdıcı təsir
etməməlidir.
Buğa - günün ilk yarısından etibarən fəaliyyətinizə kənar təsirlər
olacaq. Bir sıra amilləri mütləq şəkildə nəzərə almalısınız.
Mütəhərrik olun, çevik davranın. Eyni vaxtda bir neçə işlə məşğul
olmalısınız. Günün ikinci yarısında seçimdə yanılmayın.
Yazışmalarda passiv davranmayın. Sənədləşdirmədə kobud səhvlərə yol
verməyin. Hadisələrə təsir imkanlarına malik insanların
məsləhətlərini dinləyin. İstəklərinizi hər şeydən üstün
tutmayın.
Əkizlər - mühüm işlərdə bilavasitə iştirak edin. Maraqsız təsir
bağışlayan prosesdən kənarlaşın, fəaliyyət istiqamətini dəyişin.
Aktivlik əhvalınızdan asılıdır.Ümumi fon əlverişli təsir bağışlasa
da, strateji səhvlər istisna deyil. Bu səbəbdən də sayıq davranın.
Günün ikinci yarısında yanlışlığa yol verməmək üçün hadisələrin
zahiri təzahür formalarına aldanaraq məzmunu diqqətdən qaçırmayın.
Mövqelərinizi möhkəmləndirin, dayaqları zəiflədə biləcək addımlar
atmayın.
Xərçəng - günün ilk yarısından etibarən fəaliyyət rejimi
vəziyyətdən asılıdır. Formalaşan şəraitin nüanslarını nəzərdən
qaçırmayın. Yeni təəssüratlara, maraqlı ünsiyyətə, variantların
müqayisəsinə ehtiyac duyulur. Başqalarının işlərinin və
problemlərinin müzakirəsinə qatılmayın. Günün ikinci yarısında
bilavasitə səlahiyyət dairənizdəki işlərlə məşğul olun. Sirr təsiri
bağışlayan məqam sizi maraqlandıra bilər. Gərəksiz informasiyalar,
uyğunsuz təklifləri özünüzdən uzaqlaşdırın. İnformasiya zibili,
gerçəkdən də, qiymətli məlumatların əldə olunması istiqamətində
problemlər yarada bilər.
Şir - yaxın gələcəklə bağlı planlar qurarkən tələskənliyə yol
verməyin. İndinin özündəki vəziyyət tam aydın deyilsə, qərarlar çiy
və natamam təsir bağışlaya bilər. Məhsuldarlığın, gördüyünüz işin
effektinin azalmaması üçün diqqətli davranın. Problemlərin çoxluğu
sizdə bədgümanlıq hissi yaratmamalıdır. Günün ikinci yarısında
şansı əldən verməyin. Sirlərinizi faş etməyin. Yaxşı tanımadığınız
insanlarla ünsiyyətdə hədləri müəyyənləşdirin. Dost hesab etdiyiniz
insanın əməli sizi təəssüfləndirə bilər.
Qız - istənilən işin effektiviliyi sizin şübhə səviyyənizdən
asılıdır. Bir variantı seçin, onu reallaşdırmaq üçün bütün
imkanlardan yararlanın. Sizin haqqınızda kimin nə fikirləşəcəyini
uzun müddət təhlil etməyin. Səhv edə bilərsiniz. Başqalarının
mövqeləri ilə hesablaşın, deyilənləri nəzərə alın. Amma
fəaliyyətinizi onların nə deyəcəyini düşünərək korrektə etməyin.
Günün ikinci yarısında başlamaq istədiyiniz yeni layihə yeknəsəklik
içində itib-bata bilər. Sonucsuz müzakirələrə və boğazdan yuxarı
etirafların səsləndiyi söhbətlərə qatılmayın. Sonu görünməyən
danışıqlardan qurtulmaq üçün durumu dəyişin.
Tərəzi - günün ilk yarısından etibarən işlərinizdə ciddi maneələr
və sədlər yaranmayacaq. Həlli mümkünsüz təsir bağışlayan problemlər
yoxdur. Qərarların bir çoxunu intuitiv qəbul etməlisiniz. Sakit
olun, təmkinli davranın. Emosionallığa, çılğınlığa heç bir zərurət
yoxdur. Günün ikinci yarısında əsəbləşsəniz, situasiyanı ayıq
dəyərləndirə bilməyəcəksiniz. Yanlış qərar və səhv addım riski
artır. Bütün diqqətinizi bir istiqamətə yönəltməyin. Əlavə
sahələrlə maraqlanın, bilik və məlumatlarınızı artırın.
Əqrəb - cari işlərdə ləngimələrə yol verməyin. Təşəbbüskar olun,
situasiya sizə qərarlarınızı və addımlarınızı diqtə
etməməlidir.Təəssüratlarınız bol, əsəbləriniz tarımdırsa,
sakitləşin. Təmkinli olsanız, daha ciddi uğurlara nail ola
bilərsiniz. Təmasları aktivləşdirin, müzakirələrdə passiv tərəf
olmayın.Günün ikinci yarısında yaxın ətrafınızdakı insanlarla aktiv
ünsiyyətdə olun. Suallarınıza cavab arayın. Yeni işə bütün
diqqətinizi yönəltməyiniz ailə üzvlərinin narazılığına səbəb ola
bilər.
Oxatan - birgə fəaliyyət, fikir mübadiləsi önəmli məsələlərdir.
Problemləriniz və çətinliklərinizlə bağlı inandığınız insana,
tərəfdaşa xəbər verə bilərsiniz. Mənasız söhbətlərə qatılmayın. İlk
baxışda yaranan təəssürat sizi yanıltmasın. Günün ikinci yarısında
müzakirə edilən mövzudan kənarlaşmağın ən yaxşı yolu soyuqqanlı
davranışdır. Maraqlarınızı qoruyarkən qətiyyətli olun. Mənafeyinizi
başqalarının istəyinə qurban verməyin. Qeyri-ciddi insanlarla
mükalimələrdən effekt gözləməyin.
Oğlaq - səhər saatlarından etibarən işlərinizdə aktiv olun. Ani
çətinliklər sizi yolunuzdan sapdırmasın. Məqsədə çatmaq üçün əzmlə
çalışın, irəliləyişlərə nail olun.Xırdalıqlara və təfərrüatlara
diqqət yetirin. Günün ikinci yarısında önəmli məsələ ilə bağlı
qərar verməyə tələsməyin. İnformasiya axtarışı və məlumat arayışı
intensiv olmalıdır. Vaxtınızı boşuna xərcləməyin. İşlədiyiniz yerdə
rəhbərliklə nə qədər az təmasda olsanız, bir o qədər yaxşıdır.
Dolça - günün ilk yarısındakı proseslərdə harmoniya müşahidə
olunur. Həddən artıq mürəkkəb layihəyə başlamaq məsləhət deyil. Nə
ilə məşğul olacağınızı bilmirsinizsə, intuisiyanıza güvənin.
Sevdiyiniz işlə məşğul olun.Günün ikinci yarısında seçim zərurəti
yaranacaq. Emosiyaların təsiri altında qərar qəbul etməyin. Boş
yerə sinirlənməyin, mənasız insanlarla mübahisə etməyin.
Balıqlar - problemlərin birmənalı həllərini arayırsınızsa,
məhsuldar zaman deyil. Yaşanan situasiyalar qarışıqdır.
Etibarsızlıq, nigaranlıq hissləri yarana bilər. Belə şəraitdə
səhvlər, qəribə qərarlar riski artır.Günün ikinci yarısında seçim
etməyə tələsməyin. Daşınmaz əmlak, maliyyə məsələləri, iş qrafiki
ilə bağlı qərar qəbulunda hisslərə aldanmayın. Yaxın ətrafınızdakı
insanlarla münasibətləri gərməyin.