18 May 2019-cu
il, Ulduz falı. Söhbətlər və danışıqlar çox vaxt
alır
Qoç - günün ilk yarısında aktivliyinizin yüksək səviyyədə olmasına
çalışın. Əks təqdirdə başladığınız işi başa vura bilməyəcəksiniz.
Enerjili olun, geri çəkilməyin. İradəli olsanız, bir çox
problemləri həll edə bilərsiniz. Günün ikinci yarısında yaxşı gəlir
və maraqlı işgüzar təklif istisna deyil. Şəxsi münasibətlərdə
təşəbbüskar olun. Rəğbət bəslədiyiniz insanın diqqətini cəlb edə
bilərsiniz. Axşam saatlarında yaxşı istirahət edin.
Buğa - günün ilk yarısında sayıq və huşyar olun. İşlə yanaşı, evdə
də problemlərin yaranmasına rəvac verə biləcək zamandır. Ciddi
səhvə yol verməyin. Bədxahlardan birinin yaxşı düşünüb hazırladığı
manipulyasiya və ya intriqasına aldanmayın. Sakit, təmkinli
olun.
Günün ikinci yarısında situasiyanın gərginlik səviyyəsi aşağı
düşəcək. Yaxınlarınızla ünsiyyət, dostlarla görüş və romantik
təmaslar üçün münasib zamandır. Şəxsi münasibətlərə gəldikdə isə
hissləriniz sizi aldatmayacaq. Səhhətinizin qeydinə qalın.
Əkizlər - işdə yaranan bəzi çətinliklərə rəğmən irliləyişə nail
olacaqsınız. Başladığınız işi tamamlayın. Yarımçıqlıqdan uzaq
durun. Maraqlı işgüzar təkliflər ala bilərsiniz. Günün ikinci
yarısında cari, rutin fəaliyyətinizə bir neçə insan qatılacaq.
Alış-veriş etmək, maliyyə və əmlak məsələlərini həll etmək,
müstəqil kommersiya fəaliyyətinə başlamaq olar. İşgüzar duyumunuz
pis deyil. Axşam saatlarına yaxın yaxınlarınızla fikir ayrılığı
yarana bilər. Ciddi mübahisə və ya münaqişəyə zəmin yaratmayın.
Xərçəng - haqlı olduğunuza, dürüst mövqeyə şübhə etməsəniz belə,
yaxın ətrafınızdakı insanları dinləməkdən vaz keçməyin. Bu minvalla
işdə problemlər və münaqişələrin qarşısını ala bilərsiniz. İşgüzar
əlaqələrdə və şəxsi münasibətlərdə təşəbbüs üçün əlverişli
zamandır. Yeni ideyalarınız cəsarətli, novatordur. Günün ikinci
yarısında yaxınlarınızda münasibətlərinizi nizamlayın. Onlar sizi
dinləməkdən daha çox öz işləri ilə məşğul olsalar da, aqressiv
olmayın. Axşam saatlarında səhhətinizdə kiçik problemlər yarana
bilər. Özünüzü qoruyun.
Şir - hadisələrin axarı rəvan olsa da, ən kiçik problemlərin
ciddiliyini süni şəkildə artıraraq həyəcanlanmayın. Bəyənmədiyiniz
insana və ya təqdir etmədiyiniz hadisəyə sərt reaksiya verməyin.
Müsbət təmayüllərdən tam bəhrələnməyə can atın. Əks təqdirdə
çeşidli imkanları əldən verəcək, uğur əldə etmək şanslarından
yararlanmayacaqsınız. Günün ikinci yarısında nəzərdə tutulmamış
xərclər olacaq. Alış-verişdə diqqətli olun. Biznesə pul yatırmaq
fikrinizi ertələyin. Sürəkli olaraq həyatlarından şikayətlənən
bədbin insanlardan uzaq durun. Belə adamlardan sizə xeyir
gəlməz.
Qız - əlverişli və yaxşı gündür. Müsbət təmayüllərin təsiri artır.
Çətin məsələlərin öhdəsindən gələcəksiniz. Heç bir problem sizə
həllolunmaz təsir bağışlamasın. İndiyədək dil tapmadığınız
insanlarla münasibətlər rəvanlaşacaq. Uzun müddətdən bəri məhsuldar
fəaliyyətə mane olan münaqişələri çözə bilərsiniz. Peşəkar
məziyyətlərinizi sezəcəklər. Günün ikinci yarısında maraqlı işgüzar
təklif ala bilərsiniz. Yaxınlarınız bir çox ideyalarınızı
dəstəkləməyə, məsləhət verməyə, yardım göstərməyə hazırdır. Axşam
saatları romantik təmaslar üçün münasibdir.
Tərəzi - çətinliklər yox deyil. Amma müsbət təmayüllərin təsiri
daha güclüdür. Gün prinsip etibarilə pis deyil. Məhsuldarlığınız
yüksək olsun, fəal və enerjili çalışın. Planlaşdırdığınız işləri
görüb başa vurun. Qəfil tapşırıq və sifarişi vaxtında yerinə
yetirməyə çalışın. Günün ikinci yarısında hisslərinizin
fəaliyyətinizə maneələr yaratmasına imkan verməyin. Emosional
gərginlikdən yayının. Rəğbət bəslədiyiniz insan bu gün sizinlə
maraqlanacaq. Axşam saatlarını ailənizə həsr edin.
Əqrəb - peşəkar fəaliyyət müstəvisində uğurlara nail ola
bilərsiniz. Adi günlərlə müqayisədə daha ağır və mürəkkəb işə
başlasanız belə, onun öhdəsindən gələcəyinizə şübhə etməyin.
İndiyədək sizinlə dəfələrlə çalışmış insanlardan dəstək
alacaqsınız. Peşəkar məziyyətlərinizi nümayiş etdirin. Yeni
tərəfdaş və ya müttəfiq arayışları, danışıqlar üçün yaxşı gündür.
Günün ikinci yarısında yaxınlarınızla münasibətlərdə problemlər
yaranmamalıdır. Bir-birinizi anlamağa çalışın. Sevdiyiniz insanı
xoş sözlə, həssas rəftarla sevindirin.
Oxatan - gərgin və çətin gün olacaq. Mənfi təmayüllərin təsiri
güclənir. Həyəcan, təlaş, güclü neqativ hisslər az deyil. Hisslərin
təsiri altına düşərək düşünülməmiş addım atmayın, səhv etməyin.
İstənilən situasiyada soyuqqanlı davranmaq bacarığını dəfələrlə
nümayiş etdirmiş insanların məsləhətlərini dinləyin. Günün ikinci
yarısı uzaqdan gəlmiş insanlarla müzakirələr və diskussiyalar üçün
əlverişli deyil. Qarşılıqlı anlaşmaya nail olmaq çətinləşəcək.
Münaqişə riski artır. Sevdiyiniz insanla münasibətlərdə soyuqluğun
yaranmasına imkan verməyin.
Oğlaq - əvvəllər başladığınız işləri davam etdirmək və tamamlamaq
üçün əlverişli zamandır. Yeni layihəni reallaşdırmağa, yeni işə
başlamağa tələsməyin. Situasiya bunun üçün uyğun deyil. Tənbəllik
etməyin, süst davranmayın, emosiyaların əsirinə çevrilməyin.
Yaxınlarınızla yanaşı, özünüzə qarşı da tələbkar olsanız, ciddi
uğurlara nail ola bilərsiniz. Günün ikinci yarısı yeni tanışlıqlar
üçün pis deyil. Lakin münasibətlərinizin istədiyiniz sürətlə
inkişaf etməyəcəyinə hazır olun. Axşam saatlarında yaşlı qohumlarla
fikir ayrılığı yarana bilər. İxtilafa səbəb maliyyə məsələləri
olacaq.
Dolça - söhbətlər və danışıqlar çox vaxt alır. Onların hamısı ilk
baxışdan göründüyü təki faydasız deyil. Bir zamanlar əməkdaşlıq
etdiyiniz insanla qəfil görüş ola bilər. Hal-əhvaldan sonrakı
söhbətdə yeni layihənin konturlarının yaranması istisna deyil.
Günün ikinci yarısı səfər və ya səyahət üçün əlverişlidir.
Alış-veriş uğurlu olacaq. Axşam saatlarında romantik təmaslar pis
keçməyəcək. Fəqət gözlədiyiniz qədər pozitiv emosiyalar
almayacaqsınız.
Balıqlar - önəmli gündür. Ətrafınızda yaşanan olayları diqqətlə
müşahidə edin. Daha təcrübəli insanlardan nəyisə öyrənmək, faydalı
təcrübəni əxz etmək imkanlarını əldən verməyin. İntuisiyanız
kəskindir. Peşəkar fəaliyyət müstəvisi ilə bahəm şəxsi
münasibətlərdəki problemləri sürətlə həll edə
bilərsiniz.