27
May 2019-cu il, Ulduz falı. Gərgin, nevroz, aqressiv, yovuşmazlıq
hisslərinin aktivləşəcəyi gündür
Qoç - Bu gün az qala hər addımda sürpriz, qəfil hadisə və ya
gözlənilməz söz ilə qarşılaşa bilərsiniz. Durumun təhlükəsizliyi
kiminlə işləməyinizdən və münasibətlərinizin hansı səviyyədə
tənzimlənməsindən asılıdır.
Yollarda, insanların çox olduğu yerdə təhlükə riskinin dolaşdığı
gündür.
Əyləncələri təxirə salın, özünüzü təhlükəsiz hiss etdiyiniz yerdə
qalın.
Danışıqlar və müzakirələr nəzarətdən çıxa bilər. İnadkar olun,
güzəştə getməyitn.
Fiziki işlə məşğul olmaq məsləhətdir.
Elektrik avadanlığı ilə ehtiyatlı davranın.
Buğa - informasiya ilə iş, kollektiv müzakirələr, problemin
araşdırılması, çətin durumlardan çıxış yolunun aranması üçün
əlverişli vaxtdır. Yaxın ətrafınızdakı insanların süst davarnışı,
sizin üçün mühüm məsələyə marağın azalması qıcıq yarada bilər.
Artıq anlayın: başqalarının yardımlarına bel bağlamayın, qarşınızda
duran problemi özünüz həll edin.
Artan gərginlik və ya hər hansı məsələyə diqqətin artması səbr
kasanızın dolmaq həddində olduğunu göstərirsə, sabah nə edəcəyinizi
düşünün.
Əksər hallarda səhvin səbəbkarı hisslərdir.
Əkizlər - ehtiyatsızlıq, tələskənlik və ya sadəlövhlüyün qurbanı
olmayın. Sizi indi narahat edən məqamın daha dərin, alt qatlardakı
mənası ola bilər.
Başqa bir şəxsin sizi inandırmağa çalışdığı məqam, ya da elə o
şəxsin özü göründüyü kimi deyil.
Ətrafınızdakı insanların və əşyaların bəzilərinin ikili məzmunu,
batini və xislətini anlamaq üçün əlverişli vaxtdır.
Təbii, hər şey sizə qarşı və ya sizin üçün edilmir. Amma
maraqlarınıza ciddi şəkildə toxunan hadisələri əsla buraxmayın.
Sualları birbaşa verməyin, dolayı yollarla məqsədinizə çatın. Daha
çox qulaq asmağa, müşahidəyə üstünlük verin.
Xərçəng - energetik baxımdan zəngin, amma çox qeyri-stabil bir
gürdür. Gözlənilməz, mənasız səbəblərdən çəkişmə, toqquşma və
münaqişə ola bilər.
Dəstək almaq istəyirsiniz, amma inandığınız və bel bağladığınız
insan sizi aldadır, ümidlərinizi alt-üst edir. Səfər, aviauçuş,
kütləvi yerlərə qatılmaq məsləhət deyil. Nəqliyyatla bağlı qəza
vəziyyəti, texnika və ya avadanlığın sıradan çıxması mümkündür.
Sayıq olun. Günün ümumi təmayülü neqativdir. Potensial təhlükəli
yerlərdən uzaq olmağa çalışın. Bu da mümkün olmayanda qorxaq və
ləyaqətsiz insanların sizə nəyisə diqtə etməyinə imkan
verməyin.
Özlərinə büt yaradıb o bütə sitayiş edənlərin heç olmasa birini
normal məcraya qaytarmaq üçün səy göstərin.
Axşam saatları emosional olacaq. Şəxsi münasibətlərinizi gərəksiz
aşkarlıq və təzyiqlərdən qoruyun.
Şir - kollektivdə mühit gərginləşə bilər. Münasibətlərin
aydınlaşdırılmasına çalışmayın. Xüsusilə də qadınlarla dartışmayın.
Fiziki işlə məşğul olmaq, əşya daşımaq, məşq etmək, piyada gəzmək
çox xeyirdir.
Mənzil-kommunal sahəsi ilə bağlı problemlər yarana bilər. Ərzaq
məhsullarının kefiyyətini yoxlayın.
İstirahətin sakit variantını seçin.
Əhvalınız qəflətən dəyişə bilər. Daha doğrusu, əhvalınızı bir adam
korlayacaq.
Qız - gün ərzində elə bir hadisə baş verəcək ki, hisslərinizə ciddi
təsir edəcək. İmpulsiv addımlar atmayın, sərt bəyanatlar verməyin.
Yaxınlarınız, xüsusilə də uşaqlar xüsusi diqqət tələb edəcək.
Ünsiyyət çətinləşsə də, gərginliyi zəiflətməyə can atın,
emosiyalarınızı sakitləşdirin, enerjinizin təhlükəsiz və sakit
çıxışına nail olun.
Sizinlə manipulyasiya etməyə, aşağı səviyyədə dəyərləndirməyə və ya
təzyiq göstərməyə çalışacaqlar. Buna mane olmasanız, müqavimətiniz
münaqişəyə səbəb ola bilər.
Sakitliyi qoruyun, təxribatlara cavab verməyin.
Səhhətinizə laqeyid qalmayın.
Adi, rutin gün yaşayın və vərdişlərinizə xilaf çıxmayın.
Tərəzi - həmkarlar və tərəfdaşlarla dil tapmaq heç asan olmayacaq.
Niyə məhz belə etməyin gərəkdiyi barədə 100 arqument belə
gətirsəniz, auditoriyanız sizi dinləməyəcək.
Stabil olmayan, münaqişəli bir gündür. İdeallar və ümidləriniz
həyatın acı gerçəyi ilə qarşılaşacaq. Qəhrəmanlıqlar, absurd
cəsarət yox, konkret həllə ehtiyac var. Güclü maraq duyduğunuz işlə
məşğul olun, tapmaq istədiyinizi axtarın.
İzafi enerjiniz üçün çıxış kanalı gərəkdir.
Fiziki iş, yorulacağınız məşğuliyyətə ehtiyacınız var. Ekstremal
yorğunluğa can atmayın.
Axşam saatlarında maraqlı filmə baxın, kitab oxuyun. Yaxınlarınızla
mübahisə etməyin.
Əqrəb - emosiyaların tarıma çəkilməsi, hiss və həyəcanın ən yüksək
səviyyədə olması sizi sınağa çəkəcək. Qüvvə və təşəbbüs tələb edən
iş tapsanız, yaxşı olar.
Mövqeyinizi müdafiə edin, qətiyyətinizi göstərin. Lakin hər şey
sizdən asılı deyil və əsla gözləmədiyiniz hadisə yaşana bilər.
Özünüzü dəyərləndirməklə bağlı situasiya gərginləşə bilər. Xarici
görkəmdən narazılıq yaranarsa, mütləq nəyisə dəyişin.
Alış-veriş, başqaları ilə birgə çalışmaq istənilən nəticə
verməyəcək.
Hansısa məsələ və ya hadisəyə münasibətiniz gün ərzində bir neçə
dəfə dəyişə bilər.
Ünsiyyətin önəmi artsa da, təmaslardan razı qalmayacaqsınız. Fəal
olun, amma emosiyalarınıza nəzarət edin.
Oxatan - səhər saatlarından etibarən yalan ümid və vədlərə
aldanmayın. Əsas planınıza riayət edin. Səhər işə gedəndə evdəki
elektrik əşyaların söndürüldüyünü yoxlayın.
Günün ikinci yarısı gözlənilməz görüş, qəfil informasiya və ya
həyəcan vəd edir.
Qətiyyət və əminliyin çətinliyin yaratdığı problemlər ünsiyyət,
məsələlərinin müzakirəsi, ən pis halda yazışma ilə
çözülməlidir.
Nizamlı işdəki qəfil sapıntılar və nöqsanlar, texnika və
avadanlığın sıradan çıxması sizi qorxutmasın. Çətinliyi çözməyə
çalışın.
Gərginliyin artdığı,səbr kasasının daşmağa hazır olduğu vəziyyətdə
soyuqqanlı davranın.
Oğlaq - yeni dayaq nöqtəsi, münasibətlər forması, status
axtarışındasınızsa, diqqətli olun. Xüsusi məzmun və önəm kəsb edən
məqam təsiri bağılşayan nəsnə əslində belə olmaya bilər. Hətta
həmin nəsnə tələ, məkrli plan da olar.
Bu gün əlahiddə dönəmdir və münasibətləriniz gözlənilməz
istiqamətdə inkişaf edə bilər. Hissləriniz və emosiyalarınız sizi
tələyə salmasın. Önəmli layihənin inkişafı üçün mühüm addım atmaq
şansını qaçırmayın.
Alış-veriş, dövlət qurumlarına baş çəkmək və sənədləşdirmə üçün
əlverişsiz gündür.
Axşam saatlarında gərginlikdən qurtulmaq üçün dincəlin.
Önəmli, vacib işlə məşğul olmayın. Günü fiziki işə, mövcud
problemlərin həllinə, informasiya axtarışına həsr edin. Maraqlı
məlumat, təklif və birgə əməkdaşlıqla bağlı ideyalar ola bilər.
Onlara nəzər salın, təhlil edin. Amma heç bir razılaşma, yekun
anlaşma olmasın.
Balıqlar - mühüm situasiyalara nəzarət etməyə imkan verən
hərəkətlər edin, işlər görün. Bu, cari iş yox, tərəfdaşlara
əlaqələrin bərpası, danışıqlar, telefon zəngləri və ya
perspektivlərinizə müəyyənlik gətirəcək məktublar ola bilər.
Təşəbbüslərlə tələsməyin. Amma baş verən və maraqlarınıza təsir
edən dəyişikliklərə vaxtında reaksiya verin.